Mobil versiya
Azərbaycan və Çin arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır
Tarix: 28-07-2023 | Saat: 12:08
Bölmə:Özəl | çapa göndər

Azərbaycan və Çin arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır

İyulun 22-də “ChinaGlobal Television Network” televiziya kanalında yayımlanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ölkəmizdə gedən bir çox proseslərə, xarici və daxili siyasət, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı məsələlərinə toxunuldu. Çinli jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı həm iki ölkə arasında gələcək əməkdaşlıq, həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışdı.1994-cü il 7-10 mart tarixində Ümummilli Lider Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanmışdır. 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olmuşdur.
Dövlət başçısı müsahibəsində Azərbaycan-Çin əlaqələri ilə yanaşı, digər vacib məsələlərə də toxunub. İlham Əliyevin qərbin ikili standartları ilə bağlı dedikləri isə xüsusilə diqqət çəkib: "Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", "Amnesty International" və "Freedom House" müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar. Onlar yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!". Bu gün Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Daşınmaların həcminin artırılması məqsədi ilə çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal iş aparılır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Yükdaşımaların artırılması üçün   tariflərlə bağlı vahid siyasət yaradılır, Gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı əlaqələndirmə qurulur. Gələcəkdə Azərbaycan və Çin arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasında vacib rol oynayacaqdır.
Cari ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin “China Global Television Network” televiziya kanalında müsahibə verərkən Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynadığını bildirərək demişdir: "Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub".Çin üçün olduqca vacib əhəmiyyət kəsb edən “Bir kəmər, bir yol” layihəsində ölkə prezidentinin qətiyyətli iradəsinin nümayiş etdirilməsi Azərbaycan-Çin münasibətlərinin möhkəmləndirilməsini şərtləndirən mühüm amillərdən biridir. Dövlət başçısı bütün platformalarda olduğu kimi, Çinin nəhəng telekanalının yaratdığı imkandan da yararlanaraq böyük auditoriyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tam mənzərəsini yaratdı. Qərb ölkələrində məskunlaşan erməni diasporunun maliyyəsi ilə ələ alınan siyasətçilərin, dövlət xadimlərinin, mətbuatın, QHT və parlamentarilərinin Azərbaycana qarşı vahid cəbhədə birləşərək Azərbaycanfobiya yaratmalarının oynadığı məkrli rolu cəsarətlə tamaşaçılara təqdim etdi. Şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi geniş erməni informasiya şəbəkələrinin ölkəmiz haqqında böhtan və qərəzli uydurmalarına vurulan ağır zərbə kimi ciddi əhəmiyyət kəsb etməkdədir.
Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Aparıcı beynəlxalq təşkilatlar cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməməsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi qurumların obyektivliyinə və prinsipiallığına kölgə salır. Etimadın olmadığı sferada isə ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Bu da regional müharibələrlə nəticələnir. 44 günlük müharibə də Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaya səbəb oldu. Azərbaycana məğlub olan Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırıb regionu əməkdaşlıq və təhlükəsizlik müstəvisinə çıxardı. Bununla da Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət tamamilə dəyişdi. Uzun illər ərzində qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevrilən regionda sabitlik bərpa olundu. Bütün bunların davamı kimi, hazırda Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları da Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasının qoyulduğunun əyani sübutudur. 

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025