28 iyul Kamran Əliyevin doğum günüdür
Tarix: 28-07-2023 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər
Vətənə sevgi payı
Kamran Rasim oğlu Əliyev İkinci Qarabağ müharibəsində Vətənin müqəddəsliyinə tapınmaqla onun bütövlüyü naminə canından keçməyi bacardı. Elə Kamran kimi minlərlə gəncin qəhrəmanlığı sayəsində 44 gün çəkən haqq savaşımızın sonunda xalqımız 30 il əsir düşən öz dədə-baba torpaqlarını yağı pəncəsindən xilas etdi.
19 yaşında şəhidliyi Vətən sevgisindən başlanan Kamran Əliyev Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində dünyaya gəlib. Çox qısa, amma mənalı, şanlı-şöhrətli ömür yaşayan elin qəhrəman oğlu cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durur. Daim nümunəvi xidməti ilə fərqlənir, qatıldığı təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş edir. Həm də igid əsgəri yağı düşmənin ədalətsiz təcavüzü, əzəli yurd yerimiz Qarabağın işğalı bir an belə rahat buraxmır. Yağıya bütün bunlara görə layiqli dərs verməkdən ötrü döyüş meydana atılmaq üçün alışıb, yanırdı.
Nəhayət ki, Kamranın həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalmış, 2020-ci il sentyabrın 27-də Ermənistanla Azərbaycan arasında müharibə başlanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz düşmənin üzərinə hücuma keçir. Vətəni öz qanı bahasına yaşatmaq üçün birinci gündən ağır savaş meydanına girən qeyrətli oğullardan biri də əsgər Kamran olur. Ordumuz ilk gündən erməni dığalarına sarsıdıcı zərbələr vurmaqla böyük inamla qələbəyə doğru irəliləyir. Nəticədə düşmən hər saat xeyli canlı qüvvə, texnika itirərək təşviş içərisində qaçır.
Kamran oktyabrın 12-də Xocavəndin azadlığı uğrunda da son damla qanına qədər döyüşür. Aldığı qəlpə yarası nəticəsində şəhadətə qovuşması Xocavəndə qələbə bayrağımızın ucalmasına səbəb olur.
Şəhidin anası Elnarə Abbasova deyir:- Oğlumun uşaqlıqdan Vətəninə böyük sevgisi vardı. Azərbaycanımızın müqəddəs parçası olan Qarabağın işğalı onu çox narahat edirdi. Vaxtı çatan kimi, həqiqi hərbi xidmətə yola düşdü. Xidmətdə olduğu 1 il 3 ay müddətində əsgərlərin, zabitlərin hörmətini qazanmışdı. Mən onun şəhid olacağını yuxumda da görmüşdüm. Bilirsiniz, müharibə başlamışdı, ailələr, xüsusən də analar çox narahat idi. Sonuncu dəfə danışanda hər şeyin yaxşı olduğunu söylədi. Müharibə ilə bağlı heç nə demədi, ancaq əhvalımızı soruşdu. Hələ hərbi xidmətə getməzdən əvvəl deyirdi ki, ana, mən də Mübariz İbrahimov kimi olacağam. İgid balam müharibədə Mübarizin istifadə etdiyi silahla döyüşürdü. Biz razı olmasaq da onun istəyi müharibədən sonra hərbidə qalmaq idi. Amma ömür vəfa etmədi, təki Vətən sağ olsun. Kamran “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medallara layiq görülüb, xatirəsinə bulaq inşa edilib... O, şəhid olana kimi mənim oğlum idi, indi bütün Azərbaycan xalqı onunla qürur duyur...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025