Şəhidlərin xatirəsinə futbol turniri
Tarix: 28-07-2023 | Saat: 09:36
Bölmə:Özəl | çapa göndər
44 günlük İkinci Qarabağ müharibəsində düşmənə qarşı qəhrəmanlıqla vuruşub şəhidlik zirvəsinə ucalan hər bir Vətən övladının adı müqəddəs varlığa dönərək xalqın qəlbində yaşayır. Cənub qapımız Astaradan da çoxlu gənc canını Vətən yolunda fəda etməklə adını tarixə yazıblar. Astaralılar öz qəhrəman şəhid oğulları ilə fəxr edir, onları hər yerdə ehtiramla xatırlayır. Şəhidlərin adına vaxtaşırı müxtəlif səpkili tədbirlər də həsr edilir. İdman yarışlarının təşkili daha yadda qalan, maraqlı olur. Hazırda rayonun Kijəbə qəsəbə stadionunda Vətən müharibəsi şəhidlər şərəfinə kənd komandaları arasında futbol turniri keçirilir. Turnirdə 9 komanda-Lovayın, Zirvə, Deqadi, Veteran, Kijəbə, Aşağı məhəllə, Sım, Xəzər və Tüləgüvan mübarizə aparır.
Əvvəlcə onu bildirək ki, yarışın açılış günündə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Vətən müharibəsində canını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Sonra yarışın təşkilatçısı olan Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Firudin Əhmədov çıxış edib. O, turnirin məqsədindən, gənclərin idmana sevgisindən geniş söhbət açaraq bu turnirin davamlı olmağını arzulayıb və yarışa qatılan hər bir komandaya uğurlar diləyib.
Komandalar hər gün yaşıl meydançaya qələbə əzmi ilə çıxırlar. Odur ki, oyunlar gərgin mübarizə şəraitində başa çatır. Həm də hər gün oyunlara tamaşa etmək üçün yüzlərlə izləyici qatılır. Şəhid ailə üzvlərinin tamaşaçılar arasında yer alması isə yarışın nə qədər əhəmiyyətli və təqdirəlayiq olduğunu bir daha göstərir.
Turnirin məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirtmək, onları zərərli vərdişlərdən uzaq salmaq, eləcə bölgələrdə futbolun inkişafıdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025