“Elm və Təhsil Nazirliyi bir sıra icra funksiyalarını Agentliklərə ötürəcək” - Mətin Kərimli
Tarix: 27-07-2023 | Saat: 12:32
Bölmə:Təhsil | çapa göndər
Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə Prezidentinin sərəncam və fərmanları əsasında geniş tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin bu il iyulun 24-də təhsillə bağlı imzaladığı növbəti sərəncam və fərmanlar təhsilimizdə hansı imkanlar yaradacaq, eyni zamanda, bu sənədlər özündə nələri əks etdirir?
“Qafqazinfo” bununla bağlı Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin fikirlərini öyrənib.
- Prezident İlham Əliyev tərəfindən təhsillə bağlı müvafiq sərəncam və fərmanlar imzalanıb. Bununla bağlı hansı məqamları qeyd edə bilərsiniz?
- Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar elm və təhsil sahəsində inzibatçılığın təkmilləşdirilməsi, eləcə də səmərəli və çevik idarəetmə mexanizmlərin tətbiq olunmasına xidmət edir. Eyni zamanda bu yeniliklər “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əskini tapan elm və təhsil sahəsində strateji hədəflərə çatmaq istiqamətində aydın yol xəritəsidir. Həmçinin qeyd edim ki, bu sənədlər elm və təhsilin inteqrasiyası və qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi istiqamətində Prezidentin ötən il iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmandan irəli gəlib.
Yeni yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əsas missiyası elm və təhsilin inteqrasiyasını dövrün yeni reallıqlarına uyğun daha çevik həllər müstəvisində reallaşdırmaqdır. Agentlik elm və təhsilin vahid mərkəzdən əlaqələndirilməsi, universitetlərimizin rəqabət qabiliyyətliliyinin artırılması, yeni nəsil insan kapitalının formalaşdırılması, eləcə də elm və ali təhsil müəssisələrinin tədqiqat keyfiyyətinin gücləndirilməsi kimi vacib istiqamətlərdə fəaliyyət göstərəcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyinin bu sahədə əsas icra strukturu olacaq. Burada vacib məqam odur ki, Elm və Təhsil Nazirliyi bir sıra icra funksiyalarını əks-mərkəzləşdirmə prinsipinə müvafiq olaraq Agentliklərə ötürəcək. Məsələn, razılaşdırılmaqla məktəb direktorlarının təyinatı, yerli strukturlara rəhbər təyinatları və s. Bir daha vurğulamaq yerinə düşər ki, Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı son sərəncam və fərmanlar dinamik inkişaf edən Azərbaycanın gələcək keyfiyyətli insan kapitalının formalaşdırılması məqsədlərinə xidmət edir.
- Ölkəmizin təhsil həyatında önəmli hadisələrdən biri hesab edilən müəllimlərin sertifikatlaşdırılması prosesinə artıq iki ildir ki, start verilib. Bununla bağlı nə kimi yeniliklərin, dəyişikliklərin aparılması nəzərdə tutulur?
- Hər bir təhsil sistemində yüksək peşəkar səriştələrə malik müəllim amili mühüm əhəmiyyət daşıyır. Bu sahədə Elm və Təhsil Nazirliyinin ötən müddət ərzində apardığı islahat yönümlü tədbirlər cəmiyyətdə müsbət qarşılanıb. Müəllimlərin işə qəbulu, sertifikatlaşdırma bu islahatın əsas nüvəsini təşkil edir. Sertifikatlaşdırma prosesi təhsildə keyfiyyətin artırılması, həmçinin müəllimlərin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu, sertifikatlaşdırma prosesinə ən düzgün və dəqiq verilən izahdır. Sertifikatlaşdırma yaxşı müəllim olmanın, bir növ təsdiqi, müəllimlərin davamlı inkişaf prosesidir. Bu prosesdən keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.
Bütövlükdə artıq 40 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub. Biz ildən-ilə bu prosesin daha da təkmilləşdirilməsinə çalışırıq. "Təhsil haqqında" Qanunda öz əksini tapan dəyişikliklərdən biri dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasıdır. Artıq həmin yaş üzərində olan müəllimlərimiz sertifikatlaşdırmada könüllü qaydada iştirak edə bilərlər. Bu da onların özünü qiymətləndirməyə, nəticələrə uyğun olaraq maaşlarına əlavəyə şərait yaradacaq.
Növbəti dəyişiklik isə dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərlə bağlıdır. Belə ki, həmin müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirdilər. Dəyişikliyə əsasən, qeyd olunan müddət 5 ildən 3 ilə endirilib. Bu da yeni işə qəbul olunan müəllimlərə daha tez müddətdə sertifikatlaşdırmada iştirak etməklə maaşlarına müvafiq əlavələr etmək imkanı verir. Biz çalışırıq ki, bütün müəllimlər üçün bərabər imkanlar yaradaq, onların həm motivasiyasını artıraq, həm də peşəkar inkişafları üçün şəffaf mexanizm işləsin.
Eləcə də yeni dəyişikliklərdə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində işləyənlərin sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələ təhsil qanunvericiliyində öz əksini tapıb. Bu həm də məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafları üçün mühüm əhəmiyyətə malikdir. Sənəddə qeyd edilən prosedurlara müvafiq qaydalar təsdiq olunduqdan sonra start veriləcək.
Bir daha vurğulamaq istərdik ki, qanuna edilən dəyişikliklər və yeni strukturların yaradılması hər zaman cəmiyyətin diqqət mərkəzində olan elm və təhsil sahəsinin inkişafına mühüm töhfə verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024