Mobil versiya
Göz dəyər sənə...
Tarix: 27-07-2023 | Saat: 09:56
Bölmə:Özəl | çapa göndər

Göz dəyər sənə...

Sallana-sallana gedən Salatın,
Gəl belə sallanma, göz dəyər sənə.
Al-yaşıl geyinib durma qarşımda
Yayın bədnəzərdən, göz dəyər sənə.

Bu misraları Aşıq Ələsgərdən götürmüşəm. Aşıq çox gözəl və yerində deyir. Göz dəymə var, özü də bədnəzərin gözü yaman olur...

Conu Lerik rayonunun ən ucqar dağ kəndidir. Bir dəfə kəndə getmişdim. Burada dünyanın çox sirrindən baş açan nənələrlə görüşdüm. Onların səmimi söhbətləri, ağıllı məsləhətləri qəm-qüssə alırdı. Doğma, əziz adam kimi ürəklərini mənə açan nənələrdən daha çox öyrəndim. Bu öyrənişlə kamillik qazandım və qəlb duymaz, dil bilməz sandığım dünya ilə barışmağım gəldi. Onun milyon-milyon sualından, sorğusundan xəbərsiz olduğuma görə “heyf dünyama, heyf ömrümə”-dedim. Ayrılıq məqamında nənələr mənə bəd nəzər duası oxudular. Pis gözdən qorunmağımı arzulayıb, başıma duz çevirdilər...
Bəd nəzərin olması həqiqətdir. Bunu nənələr mənə dedilər. Hər bir insanın gözlərində kəsici şüa vardır. Onun çoxluğu, azlığı qəlblə bağlıdır. Göz də ki, həmişə yaxşıları tutur. Yəni o insanın haləsinə qəzəblə tuşlananda onu kəsə, zədələyə, bəzən hərəkətinin əks istiqamətinə döndərə bilir. Gözün şüası ürəyin üstündəkı cərəyan burulğanına düşsə ürək xəstələnər, mədənin üstündəki cərəyan burulğanına düşsə mədə ağrıları başlayır. Özü də bədənin 24 yerində bir-biri ilə bağlı hərəkətdə olan belə yerlər vardır.
“Bıçaq” gözlərin özlərinin məhvi üçün nənələr sadə, həm də qədim üsullardan danışdılar. Hər şey də adamların bir-birinə xeyirxahlığı, mehribanlığı üstə dayanırdı.
Dedilər ki, adi sancağı paltara-ürək nahiyəsinə yaxın yerə bərkitməklə bəd nəzərdən özünü qorumaq olur. Sancağın başı aşağı olsa , “bıçaq” gözlərin təsirini daha yaxşı öldürər. Həm də sancağı elə bərkitmək lazımdır kənardan görünməsin.
Mənim bildiyimə görə bu fikrin elmi izahı da var. Belə ki, metaldan hazırlanmış bu əşya insan orqanizminin enerjisi ilə birləşərək kənardan gələn şüaların təsirini azaldıb, yavaş-yavaş məhv edir.
Uca Tanrı bütün yaxşıları bəd nəzərdən qorusun. Gözəl dünya yaxşıların əməlindən yaranır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025