Mobil versiya
“Şəhidlər parkı” yenilənir
Tarix: 27-07-2023 | Saat: 09:52
Bölmə:Özəl | çapa göndər

“Şəhidlər parkı” yenilənir

Masallı rayonunun Ərkivan qəsəbəsində “Şəhidlər parkı” abidə kompleksi qəsəbənin mərkəz hissəsində yerləşir. İnsanların ən çox ziyarət etdiyi bu müqəddəs yer- abidə kompleksi Birinci və İkinci Qarabağ şəhidləri ilə yanaşı 1941-1945 Böyük Vətən müharibəsində həlak olan ərkivanlıların əziz xatirəsinə ucaldılıb.
Son vaxtlar kompleks bir qədər yararsız hala düşmüşdü. Onun təmirinə ehtiyacı vardı. Bu nəcib, xeyirxah işi “Ərkivan Xeyriyyə Cəmiyyəti” öz üzərinə götürdü. Çox keçmədi ki, kompleks yüksək keyfiyyətlə qəsəbə sakini, gənc iş adamı Amid İbadovun vəsaiti hesabına əsaslı təmir edilib, yeni görkəmə salındı.
Belə ki, onun əsas hissəsinin daş döşəməsi yeniləndi, sökülən səkilərə suvaq vuruldu, həmçinin kompleksdə olan lövhələr boyanaraq üzərində olan yazılar daha müasir və keyfiyyətli yazılarla əvəz edildi. Ən əsası İkinci Qarabağ müharibəsi zamanı canını Vətənə qurban verən 4 ərkivanlı şəhidin məlumat lövhəli şəkilləri digər şəhidlərin şəkillərinin yanına əlavə olundu. Ərazidə digər abadlıq-quruculuq işləri də görüldü.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025