Mobil versiya
Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi
Tarix: 26-07-2023 | Saat: 17:25
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi

Azərbaycan xalqının xilaskarı kimi qəlbimizdə əbədi yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. 
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutulan daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin.
Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Sovet kommunist ideologiyası şəraitində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda sosial, iqtisadi, elmi, mədəni və digər sahələrdə ciddi uğurlar əldə edilməklə yanaşı, milli-mədəni dəyərlərin qorunması, milli yaddaşın tədricən dirçəldilməsi və milli özünüdərkin inkişaf etdirilməsi istiqamətində əməli addımlar atıldı. 
1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, Ulu Öndər Heydər Əliyev həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi. Heydər Əliyevin Qanlı 20 Yanvar hadisələrinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, sovet qoşunlarının Bakıda törətdiyi qırğını qətiyyətlə və sərt şəkildə qınaması onun böyük vətənpərvərliyinin ifadəsi idi.
Ulu Öndərin dəfələrlə vurğuladığı kimi “həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir”. Heydər Əliyev dühası doğma Vətəni dağılmaq təhlükəsindən xilas etməklə kifayətlənmədi, o, daha böyük amal - Azərbaycanın həqiqi müstəqilliyi uğrunda mübarizə apardı, bütün bilik və bacarığını, imkanlarını səfərbər edərək bu müstəqilliyi əbədi və dönməz etdi.
Ulu Öndər Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə bünövrəsini qoyduğu müasir Azərbaycan daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə böyük yol qət etdi, onun siyasi iradəsi, bacarıqlı idarəçiliyi və qətiyyəti sayəsində öz qüdrətinin zirvəsinə yüksəldi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etdi və Ümummilli Liderin, xalqımızın ən böyük arzusunu həyata keçirdi. Prezident İlham Əliyev deyib: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi”.
Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025