Mobil versiya
Xarici investorlar Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır - Valeh Ələsgərov
Tarix: 26-07-2023 | Saat: 16:26
Bölmə:İqtisadiyyat | çapa göndər

Xarici investorlar Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır - Valeh Ələsgərov

Xarici investorlar Ələt Azad İqtisadi Zonasında (AİZ) fəaliyyət göstərməkdə maraqlıdır.

Bu barədə AİA.Az-a Ələt AİZ-in idarə heyətinin sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, bugünədək artıq dörd xarici investor rezident statusu əldə edib.

"Bundan başqa, onlar artıq öz müəssisələrinin inşasına başlayıblar. Yaxın 2-3 ay ərzində həmçinin bu rezidentlərdən biri tərəfindən layihələndirmə işlərinin yekunlaşacağı gözlənilir. Bununla paralel olaraq digər şirkətlərin də bizim iqtisadi zonamıza cəlb edilməsi üzrə danışıqlar aparılır", - deyə o qeyd edib.

V.Ələsgərov AİZ-in baş planına əsasən birinci mərhələdə 60 hektarlıq ərazidə tikinti işlərinin artıq yekunlaşdığını vurğulayıb.

"Burada söhbət su, nəqliyyat, kanalizasiya, enerji və digər lazımi kommunikasiya infrastrukturunun yaradılmasından gedir. Həm AİZ əməkdaşları üçün, həm də Dövlət Gömrük Komitəsi orqanları üçün ofis binaları yaradılıb", - o deyib.

Həmçinin, V.Ələsgərovun sözlərinə görə, hüquqi bazanın optimallaşdırılması üzrə işlər davam edir ki, bu da həm yerli, həm də beynəlxalq səviyyəli investor və iş adamları üçün daha cəlbedici olacaq.

Qeyd edək ki, iyulun 9-da Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimi olub. Ələt AİZ-in ümumi sahəsi 850 hektardır. Birinci mərhələ çərçivəsində işlərin görüldüyü 60 hektarlıq ərazidə artıq tikintiyə başlanılıb və bir sıra işlər yekunlaşıb. İnvestorlara icarəyə veriləcək torpaq sahələri artıq tikinti işlərinin görülməsinə hazırdır. Ümumi sahəsi 297 min kvadrat metr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, elektrik, qaz və rabitə şəbəkələrinə qoşulma məntəqələri nəzərdə tutulub. Burada həm də istifadəyə hazır daxili və xarici mühəndislik və rabitə infrastrukturu yaradılıb. Ərazinin əsas girişində gömrük keçid məntəqələri və gömrük yoxlaması üçün binalar tikilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024