Novruzəli Aslanov: “Erməni cəmiyyəti “Lissabon rəzilliyi”ni anmaqla beynəlxalq terrorizmi dəstəklədiyini bir daha təsdiq edir”
Tarix: 26-07-2023 | Saat: 13:48
Bölmə:Manşet / Gündəm / Özəl | çapa göndər
“Sabah bütün dünya ictimaiyyəti erməni faşizminin əsil simasını növbəti dəfə görmək imkanı əldə edəcək. Məlum olduğu kimi, hər il 27 iyul tarixində Ermənistanda “Lissabon 5” adlı anım mərasimi keçirilir. Eləcə də ABŞ, Fransa və Livanda yerli erməni icmaları bu tarixi böyük təm-təraqla anırlar. Ermənilərin qeyd edikləri əksər anım günləri kimi, bu məsələnin də mahiyyətində onların törətdikləri növbəti dəhşətli terror aktı durur. 1983-cü il iyulun 27-də “Erməni inqilab ordusu” adlanan terror təşkilatının beş nəfər üzvü Portuqaliyanın paytaxtı Lissabondakı Türkiyə səfirliyinə hücum edirlər. Terrorçular onları durdurmaq istəyən bir nəfər polis işçisini güllələyərək ağır yaralayırlar. Səfirliyin türk mühafizəçisi cavab atəşi ilə terrorçulardan birini yerindəcə güllələyir. Qalan dörd terrorçu səfirliyə daxil ola bilmədiklərindən digər binaya, səfirin iqamətgahına soxulurlar və burada onlar müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhçıoğlunu və onun 17 yaşlı oğlu Atasayı girov götürürlər. Portuqaliya hökuməti məsələyə dərhal reaksiya verir. Hadisə yerinə gələn 170 polis əməkdaşı səfirliyi mühasirəyə alırlar. Lakin az sonra terrorçular binanı partladaraq özlərindən başqa daha iki nəfərin, Cahidə Mıhçıoğlunun və bir polis əməkdaşının ölümünə səbəb olurlar. Atasay adlı gənc isə son anda birinci mərtəbədə yerləşən otağın pəncərəsindən tullanaraq xilas ola bilir. Terrorçular ona atəş açsalar da, güllə Atasayın ayağından dəyir və o, sağ qalır.”
Bu sözləri Ermənistanda hər il keçirilən “Lissabon 5” anım mərasimi ilə bağlı AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Öz fikirlərini davam etdirən deputat bildirib ki, erməni cəmiyyətinin və erməni kilsəsinin faşizmi və beynəlxalq terrorizmi dəstəkləməsi bu ölkənin dövlət siyasətində də özünü açıq-aşkar göstərir: “1983-cü ildə Lissabondakı Türkiyə səfirliyinə olunan hücum bütün dünyada birmənalı olaraq terror aktı kimi qəbul edilib. Həmin vaxt hadisəyə münasibət bildirən ABŞ Prezidenti Ronald Reyqan terrorçuların bir xanımı qətlə yetirmələrindən xüsusilə təsirləndiyini bildirərək demişdi: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.” Bu hadisədən sonra ABŞ-da neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir. Lakin erməni millətçilərinin və erməni kilsəsinin bu məsələyə münasibəti tam fərqlidir. Onlar daima erməni faşizminin və terrorizminin bütün təzahürlərini qəhrəmanlaşdırır və alqışlayırlar. Elə sabah da bütün dünyada erməni ruhaniləri “Lissabom beşliyi”nin ən adi qadın qatillərdən deyil, sanki özlərini “böyük Ermənistan” ideyası uğrunda qurban vermiş qəhrəmanlardan ibarət olduğunu isbatlamağa çalışacaq, onların heç zaman olmamış şərəfinə rekviyemlər söyləyəcək və bununla da böyüməkdə olan gənclərdən gələləcək terrorçuları yetişdirmək üçün onların beyinlərinə növbəti ideoloji zəhər dozasını yeridəcəklər. Amma belə düşünmək lazım deyil ki, erməni cəmiyyətində belə ideoloji aksiyalar yalnız vaxtaşırı, hansısa tədbirlər çərçivəsində keçirilir. Əksinə, Ermənistanda faşizmin və terrorizmin təbliği artıq çoxdan dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Əgər belə olmasaydı faşist cəlladı Njde Qareginə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə də çoxdan sökülərdi, onun adını daşıyan küçələr, meydanlar, metro stansiyası da olmazdı. İllər öncə Lissabon faciəsinin mahiyyətini dəyişərək bu rəzilliyi tarixə qəhrəmanlıq aktı kimi salmaq üçün yazılmış Hovhannes Şirazın “Lissabon fədailəri” şeiri də, Vahe Oşakanın “Telefon” hekayəsi də, Karnik Sarkisyanın bəstələdiyi “5 erməni ürəyi” mahnısı da eynilə bu yaxınlarda Moskvanın erməni apostol kilsəsinin “Arbat” adlı silahlı birləşmə yaradaraq, onu Ermənistan bayrağı altında ukrayna xalqına qarşı vuruşmaq üçün Donbasa göndərməsi kimi, erməni cəmiyyətində faşizm ideyalarının hələ də güclü olduğunu və yenidən dirçəlməyə can atdığını göstərir. Buna yol verməmək üçün bu gün bütün beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025