Azərbaycan hədəflərinə doğru inamla irəliləyir
Tarix: 25-07-2023 | Saat: 17:07
Bölmə:Özəl | çapa göndər
Şuşa Media Forumundan edilən çağırışlar qalib Azərbaycanın yaratdığı reallıqların dünyaya çatdırılmasıdır. 21 iyul 2023-cü ildə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə yaşandı. Maraqla izlənən Qlobal Media Forumu bütün dünyada böyük rezonans yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində oldu. O "İkili standartlar" siyasəti beynəlxalq təşkilatlara qarşı etibarı azaldır. Beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda geniş məzmunlu çıxış edərək bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər,Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Ölkə başçısı vurğulayıb: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”. Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə proses davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxlaq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra sülh prosesində müəyyən irəliləyişlər var. Əgər Ermənistan vaxtaşırı təxribatlar törətməsə, sülhə sadiq qalsalar nəticə əldə oluna bilər. Son iki il yarım ərzində bir neçə məqam olub. Bu Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Rəsmi İrəvan artıq qəbul edib ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”. Dövlət başçısının dediyi kimi, əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Cənab Prezident qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq
Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görüldü. Ordu quruculuğu sahəsində islahatlar aparıldı. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdilər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu. İşğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrası təmin olundu. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025