25 iyul Ayxan Qurbanzadənin doğum günüdür
Tarix: 25-07-2023 | Saat: 09:43
Bölmə:Özəl | çapa göndər
Vətən sevdalanan ömür yolu
44 günlük İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalaraq böyük bir xalqın qəhrəmanlıq simvoluna dönən minlərlə Vətən sevdalılardan biri də Ayxan Fariz oğlu Qurbanzadədir. Adı odlar yurdu, müdriklər beşiyi Azərbaycanımızın yeni, şanlı tarixinə düşən bu, igidimiz Lənkəran rayonunun Şağlaküçə kəndində dünyaya göz açıb. Vətənin harayına birincilər sırasında gedən elin mərd oğlu Vətən sevgisini hər şeydən uca tutaraq onun yaşaması naminə özünü qurban verir. Məhz buna görə də həyat qədər dəyərli ölümü bütün lənkəranlılara başıucalığı gətirir. Qalib şəhidin özündən sonra qoyduğu daha bir yadigarı döyüş meydanında göstərdiyi rəşadətə görə dövlət tərəfindən layiq olduğu "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Şuşanın azadlığına görə medallarıdır. Doğulub boya- başa çatdığı kəndində onun şərəfinə bulaq kompleksi ucaldılıb.
Yaxşı, xeyirxah əməllərə tapınmaqla yetkinlik yaşına çatan Ayxan Vətəninin hər qarışını özünə əziz bilir. Odur ki, xain düşmənin ona təcavüzünə, cənnət guşəsi Qarabağımızın girov düşməsinə dözə bilmir. 2016-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət yola düşəndə deyir:- Canına yağı dadanmış yurdumuzun taleyi məni çox düşündürür. Yağıya öz yerini göstərməsək gələn nəsil bizi bağışlamaz. Fəqət, torpaq onun yolunda ölümə gedən oğulların çiynində Vətən olur. Məqam gələn kimi döyüş meydanında düşmənlə üz-üzə gəlib onun ilan başını əzmək əsas amalımdır...
Cəbhə bölgəsində əsgərlik həyatı başlanan Ayxan Qurbanzadə canından artıq sevdiyi Vətəninə İlk gündən nümunəvi xidməti, çətində əsgər yoldaşlarına mənəvi dayağı bu mərd oğlanı hamıya sevdirir. Hərbi təlimlərdə də əla döyüşü keyfiyyətləri nümayiş etməklə həmişə birinci olur, düşməndən alacağı öcə hazırlaşır. Elə bu məqsədlə atcılıq peşəsini mükəmməl öyrənir.
2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Ayxan Qurbanzadə peşəkar atıcı kimi döyüşlərə atılır. Düşmən tapdağında qalan müqəddəs Vətən torpaqlarını azad edilməsi üçün son damla qanına qədər vuruşmağa and içir. Doğma Azərbaycanına olan məhəbbətini Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən ağır müharibə meydanında göstərir. Belə ki, ölümə meydan oxumaqla düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edir. Azad olunmuş Vətən torpaqlarında üçrəngli bayrağımız ucalananda dığalara olan nifrəti bir daha artır. Çəkinmədən, qorxmadan ən ağır döyüşlərə girir, mərdliklə vuruşur. İgid əsgər 25 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində haqq savaşımızda adəti üzrə öndə olmaqla düşmənə qan qusdurur. Təəssüf ki, özü də ağır yaralanır və Vətən eşqli ürəyi dayanır. Beləcə, şərıfli ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılan Ayxan Qurbanzadə əbədi olaraq milyonların ürəyinə köç edir...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025