Mobil versiya
Gəncədə YAP şəhər təşkilatının 30 illik yubileyi qeyd edilib
Tarix: 24-07-2023 | Saat: 17:52
Bölmə:Özəl | çapa göndər

Gəncədə YAP şəhər təşkilatının 30 illik yubileyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatınının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

aia.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov təşkilatının üzvlərini tarixi gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Təşkilat rəhbəri bildirib ki, 1993-cü il 23 iyulda 63 təssübkeşin iştirakı ilə yaradılan partiyanın Gəncə şəhər təşkilatının 43 min 464 üzvü var. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.
Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiya, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır. Şəhər rəhbəri vurğulayıb ki, təşkilatın sıraları bu gün də savadlı, vətənpərvər gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bu isə öz növbəsində partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricisidir.
Çıxış edən digər natiqlər də Yeni Azərbaycan Partiyasının xalqımızı Ümummili Liderinin ideyaları ətrafında sıx birləşdirərək, ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini qeyd ediblər.

Sonda YAP Gəncə şəhər təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə "Fəxri fərman" təqdim olunub.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025