Əbədiyaşar ömür
Tarix: 22-07-2023 | Saat: 14:19
Bölmə:Özəl | çapa göndər
Balaqardaş Fərhad oğlu Vəliyev İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək tarix yazanda 18 yaşında idi. O, uşaqlıqdan Vətəninə ürəkdən bağlanmışdı. Odur ki, Balaqardaş yetkinlik yaşına çatanda dünyaya göz açdığı Masallı rayonunun Vıləş kəndində onun əxlaqına, vətənpərvərliyinə heyran olublar. Vətən üçün yararlı övlad kimi el gözündə sevilib, ucalıb.
Balaqardaş 2020-ci ilin aprelində həqiqi hərbi xidmətə yola düşüb. Amalı da doğma Azərbaycanın hər qarışını qorumaq, mübarizliklə sona qədər döyüşərək yağı düşməndən qisasını almaq olub. Məhz buna görə ilk gündən Vətənə olan borcunu vicdanla yerinə yetirib, hərbi təlimlərdə fəal iştirak edərək bütün sınaqlardan uğurla keçib. Həm də bu cəsurluğu, çevikliyi zabitlərin, əsgərlərin yanında ona böyük hörmət və ehtiram qazandırıb.
Həmişə Vətənin taleyini düşünən Balaqardaş İkinci Qarabağ müharibəsi başlanan kimi özünü odun içinə atıbdır. Ölümün gözünə dik baxan igid əsgər erməni dığalarına qarşı mərdliklə döyüşüb və onlara ağır itkilər verib. Balaqardaş döyüşdən-döyüşə atıldıqca Vətənə məhəbbət, düşmənə nifrət sanki ona yeni güc və qüvvə verirdi. Düşmənin kabusuna dönərək qələbə sorağı ən ağır savaşlardan gəlib. Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanır, müalicə üçün hospitala göndərilib. Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən yağıya qan qusdurmaq üçün döyüş meydanına qayıdıb. Vətən yolunda canını, qanını belə əsirgəməyən igid əsgər oktyabrın birində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gəlib və onun ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılıb. 18 yaşda Balaqardaşın əbədiyyətə qovuşması həm də göstərir ki, Vətən sevgisi hər şeydən ucadır, onu heç bir şey əvəz edə bilməz.
Qəhrəmanlığı gələcək nəsillər üçün nümunəvi örnək olan Balaqardaş Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib.
Bəli, Masallı elinin igid oğlu Balaqardaş Vəliyevin ömür yolu nə qədər qısa olsa da, ucaldığı müqəddəslik zirvəsi ilə Vətəninə, millətinə başucalığı oldu..
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025