Mobil versiya
“Heydər Əliyev İli” çərçivəsində YAP Zəngilan rayon təşkilatında tədbir keçirilib -Fotolar
Tarix: 21-07-2023 | Saat: 16:08
Bölmə:Gündəm / Özəl / Media | çapa göndər

“Heydər Əliyev İli” çərçivəsində YAP Zəngilan rayon təşkilatında  tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında Mili Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirildi.

AİA.Az xəbər verir ki, tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Nizami Mönsümov, “Yeni Azərbaycan” qəzetinin müxbiri Arif Əsədov, “Azərbaycan” qəzetinin baş redaktorunun müavini - məsul katib Elçin Vəliyev, “Respublika” qəzetinin müxbiri Mikayıl Quliyev, “Zəngilanın səsi” qəzetinin baş redaktoru Salam Cavadlı, “ABC.az” saytının redaktoru Elmir Muradov və rayon fəalları iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə milli mətbuatın 148 illik yubileyi münasibətilə mətbuat işçiləri təbrik edib. Bildirib ki, 148 il öncə 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Ümummilli Lider Heydər Əliyev imzalayıb.

Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. 

Vurğulanıb ki, Vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Xüsusilə Ermənistanın  işğalçılıq  siyasəti  və onun acı nəticələrinin həm xalqımıza, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın böyük rolu olub. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.
 
Tədbirdə çıxış edən mətbuat nümayəndələri Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan bəhs edərək öz minnətdarlıqlarını bildiriblər. Sonra mətbuat günü ilə bağlı videoçarx izlənilib.

Tədbirin sonunda bir neçə mətbuat nümayəndələrinə YAP Zəngilan rayon təşkilatı ilə sıx əməkdaşlığına görə və Peşə bayramları münasibətilə Fəxri Fərmanlar təqdim olunmuşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə