Mobil versiya
Niyazi Bayramov Gəncə Futbol Akademiyası ilə tanış olub
Tarix: 20-07-2023 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

Niyazi Bayramov Gəncə Futbol Akademiyası ilə tanış olub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov inşası başa çatan Gəncə Futbol Akademiyası ilə tanış olub.

aia.az xəbər verir ki, "Kəpəz" PFK İdarə Heyətinin sədri İlqar Nadiri AFFA-nın dəstəyi ilə tikintisi bir müddət öncə yekunlaşan akademiya haqqında icra başçısına məlumat verib.
Son mərhələdə binanın mebel təchizatı, fitnes avadanlıqları və digər inventarların yerləşdirilməsi prosesi yerinə yetiriləcək. İki mərtəbədən və zirzəmidən ibarət olan akademiyada bəzi otaqlar simvolik olaraq "Kəpəz"in rənglərinə uyğun sarı və göy rənglənib.
Niyazi Bayramov şəhər stadionunun əsas meydanına da baxış keçirib. İcra başçısına bildirilib ki, yaz aylarında yararsız hala düşən ot örtüyü yenilənib və artıq meydança oyunları qəbul etməyə tam hazırdır.
N.Bayramov Təlim-Məşq Mərkəzinin meydanları ilə də tanış olub. Milli Məclisin üzvü Müşfiq Cəfərov bildirib ki, futbol infrastrukturunun inkişafı məqsədi ilə burada standart ölçülərə malik bir süni və iki təbii meydan salınıb. Son iki meydança may ayında istifadəyə verilib və komandalar artıq burada məşq edirlər.
Niyazi Bayramov yeni futbol ilində kluba uğurlar arzulayıb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025