“Mübariz” tam metrajlı bədii filmin təqdimat mərasimi- Masallıda
Tarix: 20-07-2023 | Saat: 08:25
Bölmə:Özəl | çapa göndər
Masallının Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov həsr olunan bədii filmin təqdimat mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun, digər rayon rəsmilərin, şəhid ailələrin və ictimaiyyət nümayəndələrin qatıldığı təqdimat mərasimi Azərbaycan xalqının dahi oğlu, ulu öndər Heydər Əliyevin, Vətən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anılmaqla başlanıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan “Mübariz” tam metrajlı bədii filmin nümayişindən sonra rayon rəhbəri Araz Əhmədov deyib:- “Mübariz” filminin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyəti vardır. Azərbaycanın övladlarının qəhrəmanlıq obrazı kimi təqdim edilən Mübariz İbrahimovun ömür və döyüş yolundan bəhs edən filmin çəkilişi indiki zaman üçün çox vacibdir. Filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə, eləcə də yaradıcı heyətə minnətdarlığımı bildirirəm.
Məlumat üçün qeyd edək ki, 90 dəqiqəlik filmin çəkilişi 2 ilə yaxın müddətə başa gəlib. Burada Mübariz İbrahimovun beş yaşından şəhidlik zirvəsinə qədər ucalan şərəfli həyat yolu əks olunur. Çəkilişlər isə respublikamızın müxtəlif bölgələrində, o cümlədən qəhrəmanımızın dünyaya göz açdığı doğma Biləsuvar rayonunda və şəhidlik zirvəsinə ucaldığı Tərtərdə yerləşən hərbi mövqedə aparılıb.
Tədbir filmin ssenari müəllifi Nicat Mənalı və quruluşçu rejissoru Natiq Novruzova Masallı rayon İcra Hakimiyyəti başçısının “Fəxri fərman”larının təqdim edilməsi ilə başa çatıb.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025