Mobil versiya
15 iyul Brüssel görüşündə çoxlu məsələlər müzakirə olundu.
Tarix: 18-07-2023 | Saat: 17:31
Bölmə:Özəl | çapa göndər

15 iyul Brüssel görüşündə çoxlu məsələlər müzakirə olundu.

Brüsseldəki sayca 6-cı üçtərəfli görüş mümkün qədər qısa müddətdə sülh sazişinin imzalanmasına nail olmaq üçün daha qətiyyətli inam göstərmək, nəticəyə hədəflənmək və daha çoxsaylı məsələləri masaya yatırmaq nöqteyi-nəzərindən əvvəlkilərdən fərqləndi. Şarl Mişelin açıqlamalarında gələcək üçün daha optimist gözləntilərin olduğunu gördük. Onu da görmək mümkündür ki, Avropa qurumları, eləcə də Brüssel formatı daha böyük nəticələr əkdə etməyə köklənib və hazırkı təşəbbüsü sonadək əldən vermək niyyətində deyil. Cənab Mişelin Vaşinqton müzakirələrinin ruhunu daha da gücləndirmək ovqatında olduğu  da təqdirəlayiq görüntülər sırasındadır. Bütün bunlar deməyə əsas verir ki, rəsmi Brüssel və Vaşinqton Azərbaycan- Ermənistan normallaşma prosesini sonadək öz eqidası altında aparmaqda israrlıdır, bu qərarlılığa mane ola biləcək hər cür cəhdlərə açıq müqavimət göstərmək iqtidarındadır. Bir sözlə, Vaşinqton və Brüssel formatlarının öz çərçivələrində indiyədək nail olduqları nəticələri müdafiə etmək qətiyyətləri aydın hiss olunur. Xüsusilə, Moskvanın bu nəticələrə mane olmaq, sülh prosesini öz formatı çərçivəsinə salmaq kimi səylərinə müqavimət göstəriləcəyi şübhəsizdir.
Əlbəttə, Azərbaycan hər hansı sülh müzakirə formatını idealizə etmir. Moskva,Vaşinqton, Brüssel formatları arasında seçim etmir. Azərbaycan Prezidenti beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nəticələri müstəsna hədəf kimi seçdiyini daim bəyan edir. Bu hədəfə çatmaq üçün prosesə ən yaxşı dəstək hansı formatdan gələcəksə və gəlirsə, Azərbaycan onu daha məqbul sayacaq. Bunun  Rusiya, ya Qərb formatl olacağı Azərbaycan üçün fərq etməz.Bu, Azərbaycan dövlətinin və Prezidentin dəyişməz mövqeyidir.
15 iyul Brüssel görüşündə çoxlu məsələlər müzakirə olundu. Hamısı haqda açıq mediaya məlumat verilib. Gizli müzakirə mövzuları demək olar ki, yoxdur. Bütün əvvəlki üçtərəfli Brüssel formatı çərçivəsindəki müzakirə mövzularının hamısını sadalamaq gərək deyil. Delimitasiya, sülh sazişi, komunikasiyaların açılması, qarşılıqlı etimad quruculuğu və sair kimi məsələlər üçtərəfli Brüssel formatının işə düşdüyü 2021- ci ilin 15 dekabrından başlayaraq bütün görüşlərdə müzakirə olunan daimi mövzulardı. Lakin 15 iyul Brüssel görüşü həm də indiyə qədər görünməmiş mövzuların müzakirə gündəminə daxil edilməsilə xarakterikdir.
Azərbaycan Prezidenti böyük çətinliklərlə indiyə  kimi sübut etdi ki, ermənilər Laçın yolu ilə humanitar yük adı altında silah daşıyır.Azərbaycan Prezidenti bu sözləri deyəndə şübhə ilə soruşanlar var idi ki, doğrudanmı belədir? Bu, sübut olundu. Sonra nə baş verdi? Aprelin 23- də Azərbaycan Laçın yolunda KPP tətbiq edəndən sonra ermənilər  Qızıl Ayparanın maşınlarından Xankəndinə gizli silah daşınması üçün istifadə etdilər və iyunun son bir həftəsində Azərbaycan Qırmızı Xaçın qaçaqmalçılıqda bilmədən iştirakçı olduğu faktlarını ortaya qoydu, Xaç bütün bunları qəbul və etiraf etdi. Deməli, İlham Əliyevin əvvəlcə ermənilərin Laçın yolunda sülhməramlıların əli ilə, sonra isə Qırmızı Xaçın əli ilə silah daşıdığını sübuta yetirməsi Etmənistanı da, Brüsseli də fakt qarşısında qoydu. Bir daha təsdiqlənir ki, Laçın yolunda qamaqmalçılıq faktlarının Brüssel formatında müzakirəyə çıxarılması Azərbaycan Prezidentinin sadəcə uğuru yox, həm də Brüssel formatının tarixi üçün qürurverici faktdır..

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025