Hakimliyə namizədlərin test imtahanı keçirilib
Tarix: 17-07-2023 | Saat: 09:51
Bölmə:Təhsil | çapa göndər
Ölkə Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 03 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Hakimlərin Seçki Komissiyasından verilən xəbərə görə, fərmana uyğun olaraq, hakimliyə namizədlərin seçimi təkmilləşdirilərək davamlı xarakter alıb və müasir texnologiyaların tətbiqi təmin olunub. Ötən dövrdə keçirilmiş müsabiqələrdə 1 200-dək hüquqşünas iştirak edib.
Müsabiqənin bütün mərhələlərini, habelə yarımillik tədris kurslarını və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 123 nəfər hakimliyə namizəd ölkə Prezidentinin sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 68 namizəd isə hazırda seçimin müxtəlif mərhələsindədir.
2023-cü il 16 iyul tarixində 281 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 175 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.
Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024