Mobil versiya
Qazaxda şəhid Namiq Əhmədovun əziz xatirəsi ehtiramla anıldı -Fotolar
Tarix: 14-07-2023 | Saat: 15:52
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Qazaxda şəhid Namiq Əhmədovun əziz xatirəsi ehtiramla anıldı

Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Hajan oğlu Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündən artıq üç il keçir. Namiq Əhmədov tarixə Aprel döyüşləri kimi yazılan hərbi əməliyyatlarda da fəal iştirak etmişdir. Onun döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, Fəxri Fərmanla təltif edilmiş, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.

2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhid Namiq Əhmədov 2020-ci il iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Əhmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

14 iyul 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Aparat işçiləri, partiya fəalları və şəhidin yaxınları tərəfindən Yuxarı Salahlı kənd qəbristanlığında şəhid Namiq Əhmədovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər çiçək dəstələri düzüldü və ruhuna dualar oxundu.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024