İqtisadi maraqlarımız reallaşır
Tarix: 14-07-2023 | Saat: 10:38
Bölmə:Özəl | çapa göndər
Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.
Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 20 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.
Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı bu qənaəti bir daha təsdiqlədi. Ölkə başçısı 2023-cü ilin son altı ayı ərzində həyata keçirilən işlərin təhlilini apararaq bildirmişdir ki, cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Bu sahədə kifayət qədər işlər görülmüş və görülməkdədir. Belə ki, qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır. Ölkənin maliyyə vəziyyəti böyük dərəcədə yaxşılaşıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi maliyyə sahəsində uğurların əsasını təşkil etmişdir.
Qeyd edilən irəliləyişlər nəticəsində cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan vermişdir ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edilsin. Dürüstləşdirmədən sonra büdcəmiz 36 milyard manatdan çox olmuşdur. Cənab Prezident qeyd etmişdir ki, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.”
Makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edilməsi, manatın məzənnəsinin qorunub saxlanılması düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Dövlət maliyyə sisteminin təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi, dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsi və ödəməmələr probleminin aradan qaldırılması bu sahədə aparılan işlərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması ilə tamamlanır.
Cənab Prezident bu siyasətin bundan sonra da davam etdiriləcəyini, ilk növbədə Qarabağın və Şərqi Zəngəzurun bərpası, məskunlaşdırılması işinin diqqət mərkəzində olacağını bilirərək demişdir: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.”
Dünyada baş verən hadisələrə və qaydaların pozulmasına diqqət çəkən cənab Prezident qeyd etmişdir ki, belə bir vəziyyətdə dövlət olaraq “Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq. Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq.”
İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması kimi işlərin davam etdirilməsi ölkəmizin logistik imkanlarını xeyli dərəcədə artırmışdır. Bu sahədə olan irəliləyişləri qeyd edən ölkə başçısı bildirmişdir:” Öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir.
İnsan amilini daim diqqət mərkəzində saxlayan cənab Prezident ilk növbədə ekologiyanın qorunmasının vacibliyini bildirərək kimliyindən asılı olmayaraq bu sahədə nöqsanlarının bağışlanmayacağını qeyd etmişdir.
Azərbaycanın etibarlı və arzu olunan tərəfdaşlığını qəbul edən Avropa ölkələri ilə müxtəlif sahələrdə əmkdaşlıq, Avropanın enerji təhlükəsizliyində oynanılan rol bu gün bir çox dairələrin diqqətini cəlb etməkdədir. Bu əlaqələr fonunda ölkəmizin “yaşıl enerji” zonasına çevrilməsi sahəsində həyata keçirilən layihələr kifayət qədər tərəfdaşlar toplamağa imkan vermişdir.
Qaz ixracımızın da sürətli artımı, Avropa bazarında aktiv fəaliyyət indi daha qabarıq nəzərə çarpır. Bunu diqqətə çatdıran ölkə başçısı demişdir: “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması əhəmiyyətli hadisədir. Bu günə qədər ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı ümidlərimiz böyük idi. İlkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. “Abşeron”un birinci fazası artıq icra edilir və SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır.”
Son olarq qeyd edilməlidir ki, hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət iki və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli şərait yaradır. Əminliklə demək olar ki, ölkə rəhbərliyinin siyasi kursu və diplomatik fəaliyyəti iqtisadi maraqlarımızın reallaşmasına, iqtisadi sahədə əldə edilən uğurlar, həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin siyasi-strateji maraqlarına xidmət etməkdədir. Bu gün Azərbaycanda iqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır və çox uğurlu bir şəkildə tamamlanır. Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti strateji xarakter daşıyır və Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər açır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025