Böyük Qayıdış proqramının memarı
Tarix: 13-07-2023 | Saat: 14:15
Bölmə:Özəl | çapa göndər
"Cari ilin altı ayı bizim ölkə iqtisadiyyatımız üçün səmərəli keçdi. Əsas istiqamətimiz ölkəmizin qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır" . Bu sözləri prezidentimiz İlham Əliyev 11 iyul 2023-cü il tarixli Sosial - iqtisadi yekunlara həsr olunmuş müşavirədəki çıxışında qeyd etdi. O bildirdi ki, " Maliyyə vəziyyətimiz son dərəcə yaxşılaşıb, maliyyə sektorunda nizam-intizam möhkəmlənib. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bunun 1.8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə ayrılmışdır. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə keçmiş sahibləri qayıdacaqdır. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Bütövlükdə nəzərdə tutulmuş proqram əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Eyni zamanda Heydər Əliyev Fondunun xəttiylə 10-dan çox məscidi yenidən inşa edilməsi nəzərdə tutulmuşdur.
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü hərbi potensiala malikdir. Həm döyüş, həm silah və həm də texnika baxımından güclüyük. Mən həmişə bütün çıxışlarımda da qeyd etmişəm, indi də Azərbaycan xalqını əmin edirəm ki, onların təhlükəsizliyi etibarlı əllərdədir. Azərbaycanla heç kim hədə-qorxu dili ilə danışa bilməz. Heç kim bizim iradəmizə təsir edə bilməz.
İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrində aparılan islahat işləri hələ başa çatmayıb. O ki qaldı Ermənistan dövlətiylə apardığımız sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquq normalarına əsaslanır. Son məqamlardan biridə odur ki, Ermənistan tərəfinin münasibəti müsbətə doğru hərəkət edir. Artıq onlar Azərbaycan ərazisinin parametrlərini, o cümlədən Qarabağ və kəndlərimizi rəsmən tanıyıb. İndi sıra gəlib ki, eyni işlər kağız üzərində də öz təsdiqini tapsın. İmzalar atılsın, qarşılıqlı münasibətlər yaradılsın.
Eyni zamanda Nəqliyyat sektorunda da böyük işlər görülməkdədir. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı buna sübutdur. Dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Ölkənin Cənubundan Şimalına, Şərqindən Qərbinə gedən yollar rayonları əhatə edir. İlk növbədə Qara dənizdən üç böyük tanker alınmışdır. Bu ilk dəfədir ki, artıq dünya sularında " Şuşa", " Qarabağ", "Zəngəzur" adlı gəmi - tankerimiz üzür.
Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlərimizdə gəlir. Eyni zamanda uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasınıda nəzərə alırıq. Artıq onlar təzələnməlidir. Gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə başlayacağıq. Aparılan danışıqlar onu göstərir ki, tərəfdaş ölkələr arasında yüklərin daşınması mümkün olacaqdır.
Bundan başqa Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir. Proqram mətbuatda dərc edilib. Proqram bizim öz resurslarımıza əsaslanıbdır. Ən başlıcası burada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi yaşıl enerji zonasına çevrilməsi məsələsi qoyulmuşdur. O ki qaldı Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbul edilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib. Nəzarətsizlik nümayiş etdirib. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda xaos, özbaşınalıq xarakterli addımlar çoxdan başa çatıb. Vətəndaşlarımızda qanunlarımıza tabe olmalıdırlar. Bizim təbiətimiz məhv olunmamalıdır. Ciddi araşdırmalar aparılmalıdır ". Ölkə rəhbərimiz onu da qeyd etdi ki, son zaman baş verən hadisələr dözülməz haldır. Bütövlükdə həm oradakı təxribat xarakterli hərəkətlər, həm xarici şirkətin fəaliyyəti, eyni zamanda da nazirliyin fəaliyyəti.
" Biz hər zaman sülhün, əmin-amanlığın tərəfdarıyıq. Bu bizim ən vacib siyasətimizdir. Bu siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır ".
Hacıyeva Gülnarə Həsənqulu qızı.
Nəsimi rayon İctimai Şuranın katibi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025