14 iyul 1969-cu il: Azərbaycanın dünyaya təqdimatının başlanğıc tarixi
Tarix: 13-07-2023 | Saat: 13:37
Bölmə:Özəl | çapa göndər
… Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki, vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı fikir, rər öyrənilir, nəzərə alınmasa belə yeni kadr barədə müəyyən qənaət yaranırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini bu sözlərlə bildirmişdi: «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»
Beləliklə, 14 iyul 1969-cu ildə keçirilən plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi. Sonralar Ulu Öndər həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı.
Məhz həmin gün respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı və canından artıq sevdiyi xalqı üçün məsuliyyəti öz üzərinə götürən Heydər Əliyev bilirdi ki, məxfi xidmət orqanının başçısı olmağın məsuliyyətindən fərqli olan dövlət qulluğunda çalışmaq ikiqat çətindir. Respublikaya başçılıq, ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi. İttifaq miqyasında geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən, böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq, işinə məsuliyyət , vətəndaşlıq borcu bütün çətinlikləri geridə qoydu. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu sözləri oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki, XX əsrin ikinci yarısında bu millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu Əliyev oldu. İlk gündən illərdən bəri yığılmış problemləri həll edən respublikanın rəhbəri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.
Ulu öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə. Birinci mərhələdə respublikada aparılan inkişaf sürətinə görə «Azərbaycan iri addımlarla irəliləyir!» şüarının həyatımızın bütün sahələrinə şamil olunması ulu öndər Heydər Əliyev qətiyyətinin nəticəsi idi. Bütün respublikaların eyni mərkəzdən, Kremlin göstərişlərinə uyğun planlı iqtisadiyyat üzrə idarə olunduğu bir məqamda sərbəst adi qərarın belə qəbulunun cəsarət tələb etdirildiyi bir zamanda Ulu Öndərin Azərbaycanın gələcəyi naminə apardığı siyasət qarşıdakı onilliklərə hesablanırdı. Heç bir müttəfiq respublika rəhbərinin adi təşəbbüs qaldırmağa imkanının olmadığı o illərdə Azərbaycanın dotasiyasız yaşayan respublika olduğunu, ölkənin istehlakdan artıq məhsul istehsal etdiyini səbəb kimi irəli sürən təcrübəli dövlət başçısı Heydər Əliyev ən kiçik imkandan istifadə etməklə qüdrətli Azərbaycanın müstəqilliyi üçün zəmin yaradırdı.
Bütün hallarda Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir xidmət sahəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin daim öyündüyü Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. Bu baxımdan hərbi məktəbin məzunlarının hesabına 44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə ulu öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnməsi üçün keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ilk diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025