Mobil versiya
Vəkillərə yeni hüquqlar verilir və vəzifələri artırılır
Tarix: 10-10-2025 | Saat: 15:32
Bölmə:Parlament | çapa göndər

Vəkillərə yeni hüquqlar verilir və vəzifələri artırılır

Vəkillərə yeni hüquqlar verilir.

aia.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

Eyni zamanda vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil üzvlük haqqını hər ay ödəməli, normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməli, il ərzində minimal icbari tədris saatlarını toplamalı və Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.

Peşə hazırlığı və ixtisasın artırılması üçün vəkillərin tədris tədbirlərində iştirakı da icbari olacaq. Vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2025