Ana Sayfa > Özəl > 14 iyul 1969-cu il: Azərbaycanın dünyaya təqdimatının başlanğıc tarixi 

14 iyul 1969-cu il: Azərbaycanın dünyaya təqdimatının başlanğıc tarixi 


13-07-2023, 13:37. Yazar: sevinc1
14 iyul 1969-cu il: Azərbaycanın dünyaya təqdimatının başlanğıc tarixi 

… Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki,  vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı  fikir, rər öyrənilir,  nəzərə alınmasa belə yeni kadr barədə   müəyyən qənaət yaranırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi  Komitəsinin (DTK) sədri  Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini  bu sözlərlə bildirmişdi:  «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»
 Beləliklə, 14 iyul 1969-cu ildə  keçirilən  plenumda  Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi. Sonralar Ulu Öndər  həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı.
 Məhz həmin gün respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı   və canından artıq sevdiyi  xalqı üçün məsuliyyəti  öz üzərinə götürən  Heydər Əliyev bilirdi ki,   məxfi xidmət orqanının başçısı olmağın  məsuliyyətindən fərqli olan dövlət qulluğunda  çalışmaq ikiqat çətindir. Respublikaya başçılıq,  ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın  maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi.  İttifaq miqyasında  geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən,   böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq,  işinə məsuliyyət , vətəndaşlıq borcu  bütün çətinlikləri geridə qoydu. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu  sözləri  oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki,  XX əsrin ikinci yarısında bu  millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu  Əliyev oldu.  İlk gündən illərdən bəri yığılmış problemləri həll edən respublikanın rəhbəri Heydər Əliyev   Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.
Ulu öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə.  Birinci mərhələdə respublikada aparılan inkişaf sürətinə  görə  «Azərbaycan iri addımlarla  irəliləyir!» şüarının həyatımızın bütün sahələrinə  şamil olunması ulu öndər Heydər Əliyev qətiyyətinin  nəticəsi idi.  Bütün respublikaların  eyni mərkəzdən, Kremlin göstərişlərinə uyğun planlı iqtisadiyyat üzrə idarə olunduğu bir məqamda sərbəst adi qərarın belə qəbulunun   cəsarət tələb etdirildiyi bir zamanda Ulu Öndərin  Azərbaycanın gələcəyi naminə apardığı  siyasət qarşıdakı onilliklərə hesablanırdı. Heç bir müttəfiq respublika  rəhbərinin adi təşəbbüs qaldırmağa  imkanının olmadığı  o illərdə Azərbaycanın dotasiyasız yaşayan  respublika olduğunu, ölkənin   istehlakdan artıq məhsul istehsal etdiyini səbəb kimi irəli sürən   təcrübəli dövlət başçısı Heydər Əliyev  ən kiçik imkandan  istifadə etməklə qüdrətli Azərbaycanın müstəqilliyi üçün zəmin yaradırdı.
 Bütün hallarda  Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi  məktəbi yaratmaqla milli kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir  xidmət sahəsi yoxdur ki,  orada ulu öndər  Heydər Əliyevin daim öyündüyü  Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. Bu baxımdan  hərbi məktəbin məzunlarının hesabına  44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə  ulu öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin  müxtəlif ixtisaslara yiyələnməsi üçün  keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev  1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra  da ilk  diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü


Geri dön