Gülər Sultanzadə: "Azərbaycan həm özünü, həm də regional sülhü qorumağa qadir ölkədir"
Tarix: 13-07-2023 | Saat: 13:15
Bölmə:Gündəm / Özəl | çapa göndər
“İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına dair keçirdiyi müşavirədə çıxış edərək qeyd etdi ki, ötən dövrdə iki əsas istiqamət olaraq müəyyən edilmiş mühüm vəzifələr işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və ölkənin hərbi qüdrətinin artırılması olmuşdur. Bununla yanaşı ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi də vacib istiqamətlər kimi diqqət mərkəzində saxlanılıb. Aydındır ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilk növbədə keçmiş məcburi köçkün vətəndaşlarımızın yenidən öz dədə-baba yurdlarına qayıdışlarını və bu torpaqların ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyasını təmin etmək üçün zəruridir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrini darmadağın edərək əldə etdiyi tarixi Qələbə ölkəmizin bütün sahələrdə sürətlə irəliləyişinə yeni, güclü təkan vermiş oldu. Bu irəliləyiş müasir dünyanın əksər ölkələrində hazırda müşahidə olunan iqtisadi və siyasi böhranların, bir çox dövlətlərin cəlb olunduqları silahlı münaqişələrin fonunda Azərbaycanda inkişaf dinamikasının yüksəlməsində, dayanıqlı ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsində və əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunun artmasında özünü göstərir.”
Bu sözləri saytımıza verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra partiya fəalı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin getdikcə daha böyük vüsət aldığını qeyd edib: “Ölkəmizdə möhtərəm dövlət başçımızn rəhbərliyi ilə həyata keçirilən islahatlar, görülən tədbirlər artıq birinci yarımildə proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmasına imkan verib. Öz çıxışında bu barədə detallı açıqlama verən cənab Prezident bildirdi ki, aparılan dürüstləşmədən sonra büdcəyə bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edilib ki, bu məbləğin də 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manatı isə ölkənin hərbi potensialının güclənməsinə istiqamətləndirilib. Bu tədbirlərin nəticəsidir ki, hazırda azad edilmiş ərazilərimizin yenidən qurulması üzrə işlər nəzərdə tutulmuş planlardan daha sürətlə icra edilir. Bütün potensial bu məqsədlə səfərbər edilib və artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmaları təmin olunub. İlin sonuna qədər isə Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdacaqlar. Öz çıxışında dövlət başçısı bildirdi ki, Qayıdış proqramı ardıcıllıqla aparılır və cari ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Həmçinin ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Ən vacib məqamlardan biri də budur ki, görülən bütün işlər məhz Azərbaycanın hesabına həyata keçirilir.”
Öz fikirlərini davam etdirən G.Sultanzadə ölkənin hərbi qüdrətinin arıtırılması istiqamətində görülən tədbirlərin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq uzun illərdir ki, qatıldığı bütün qlobal tədbirlərdə etdiyi çıxışlarında beynəlxalq hüququn artıq işləmədiyi fikrini açıq-aydın ifadə edir. Azərbaycan torpaqlarının 30 il işğal altında qalması, bu xüsusda qəbul edilmiş BMT qətnamələrinin icra olunmaması, beynəlxalq təşkilatların münaqişənin ədalətli həlli üçün deyil, onun dondurulması üçün çalışmaları bunun ən bariz sübutlarıdır. Bütün bunlar təsdiq edir ki, həqiqətən də beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Azərbaycan isə, dövlət başçımızın dediyi kimi, həmişə beynəlxalq hüququn, ədalətin tərəfdarı olub və bu, indi də belədir. Bununtam əksinə olaraq isə, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürmüş böyük dövlətlər özləri bu hüququ pozurlar və sonra da bu hərəkətlərini əsaslandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Güclü dövlətlər istənilən konvensiyanı pozmaqdan qətiyyən çəkinmirlər. Başqa sözlə desək, müasir dünyada haqq-ədalət deyil, məhz güc amili getdikcə daha çox önəm almaqdadır. Buna görə də Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü hər zaman qoruya bilmək üçün daha güclü olmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan məqsədyönlü addımların nəticəsi olaraq, hazırda Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir və bu potensial bundan sonra da artırılacaq”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025