12 iyul Mahmud Əflatun oğlu Mayllının doğum günüdür
Tarix: 12-07-2023 | Saat: 11:46
Bölmə:Özəl | çapa göndər
Ölümsüz ömür sahibi
2002-ci ildə dağlar diyarı Yardımlı rayonunun Avşar kəndində dünyaya göz açan Mahmud Əflatun oğlu Mayllının Vətən sevgisi Uca Tanrıdan gəlirdi. Elə İkinci Qarabağ müharibəsində 18 yaşında şəhidlik zirvəsinə onu ucaldan bu ilahi sevgi oldu. Həm də Mahmud çiçək ömrünü Vətəninə qurban verməklə dünya boyda ölümsüzlük qazandı. Bundan sonra illər keçəcək, qərinələr ötəcək bu Vətən sevdalısı milyonların qəlbində yaşamaqla, şərəfli həyat yolu gələn nəsillərə də örnək olacaqdır. Axı, Vətən, torpaq yolunda canını qurban verənlər göyün üzündə Günəşə dönüb ölümsüz ömür qazanırlar. Yardımlının mərd oğlu Mahmudda belə. Bu igidin ədədi həyat yoluna dövlət tərəfindən müharibə meydanında göstərdiyi şücaəti nəzərə alınaraq “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medalları da əlavə olundu...
Mahmud 2020-ci ili iyul ayında həqiqi hərbi xidmətə gedir. Torpağına-daşına ürəkdən vurulmaqla adına can dediyi doğma Azərbaycanın hər qarışını özünə müqəddəs bilir, onu canından üstün tutmaqla göz-bəbəyi kimi qoruyur. Təlimlərə isə 30 il əzəli, əbədi yurd yerimiz olan Qarabağ torpaqları əsarətdə saxlayan yağı düşmənə məqamı gələndə qan qusdurmaq amalı ilə qoşulur. Nəhayət ki, sentyabrın 27-də arzusu həyata keçir. Ermənistan hərbi birləşmələri cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri əsasında əks-hücuma keçir. Vətən müharibəsi başlanır. Əsgər Mahmud da torpağı Vətən edən qəhrəman oğullar cərgəsində odun-alovun içinə atılır. Və ən qaynar nöqtələrdə qələbəyə böyük ümid bəsləməklə əzmlə döyüşür, erməni dığalarına sarsıdıcı zərbələr endirir. Döyüşdən-döyüşə min əzablı, ölümlü yollar keçsə də Vətənə olan sevgisi bir an belə azalmır. Qəhrəman əsgər Mahmud Füzuli, Füzuli-Xocavənd istiqamətində gedən müharibə də göstərdiyi hünərlə əsl tarix yazır. Burada məhv etdiyi dığaların sayı bilinmir. Vuruşa-vuruşa son dəfə “Vətən” deyib canını ona qurban verir. ..
Bəli, Mahmud Mayllı çox qısa, amma şərəfli bir ömür yaşadı. Odur ki, indi harada bir Günəş müqəddəsliyi var, onun sorağı oradan gələr. Heç bir zaman qəhrəmanlıq simvoluna dönən adı xalqın dilindən düşməz.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025