“Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”nin təqdimatı keçirilib -Fotolar
Tarix: 27-06-2023 | Saat: 10:38
Bölmə:Özəl / Təhsil | çapa göndər
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru, professor Nadir Məmmədli və Az.BETİ 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalovanın “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”nin Mərkəzi Elmi Kitabxanada təqdimatı keçirilib. Tədbirdə AMEA-nın və Nazirliyin nümayəndələri iştirak edib. Lüğətin redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Aqrar məsələlər üzrə müşaviri, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, professor Qərib Məmmədov, redaksiya heyəti üzvləri isə AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Pənah Muradov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmləri üzrə elmlər doktoru, professor Zeynal Əkbərov. Aqrar Komisiyyanın sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova, Azərbaycan Respublikası Baş Dövlət Baytarlıq Müfətdişi, Qida Təhlükəsizliyi Agetliyi Heyvan Sağlamlığı şöbəsinin Müdiri, Baytarlıq elmləri namizədi, dosent, Tərəqqi medalı laureatı Qalib Əbdüləliyev, Bakı Dövlət Universitetinin müşaviri, Molekulyar biologiya və genetika üzrə fəlsəfə doktoru Xalid Bayramlı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva, ADA Universiteti biologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Əliyeva, ADA Universiteti biologiya üzrə fəlsəfə doktoru Asəf Ömərovdur.
Lüğətdə müxtəlif elm sahələrinə (baytarlıq, biologiya, zoologiya, molekulyar biologiya, təhlükəsizlik, biotexnologiya, mikrobiologiya, parazitalogiya, qida təhlükəsizliyi, heyvandarlıq, genetika və s.) aid 2000-ə yaxın termin, terminoloji birləşmələrin izahı və onların ingilis, rus dillərində qarşılığı verilmişdir. Həmçinin ilk dəfə olaraq kitabda bir çox alınma terminlər Azərbaycan dilində transkripsiya, transliterasiya olunmuşdur. Multidissiplinar lüğət geniş oxucu kütləsi üçün, xüsusilə tələbələr, doktorantlar, elmi işçilər və kənd təsərrüfatının müxtəlif sahələri üzrə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024