İkinci Qarabağ müharibəsi- Zəfər qələbəmiz
Tarix: 25-06-2023 | Saat: 14:45
Bölmə:Özəl | çapa göndər

Bu danılmaz bir həqiqətdir ki, 30 illik işğaldan sonra başlayan vətən müharibəsi Azərbaycan dövlətinin tam zəfər qələbəsi ilə yekunlaşdı.Keçən ilin oktyabr ayında rəsmən Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıdı.Bu demək olar ki, siyasi müstəvidə müsbətə doğru atılan bir addım oldu.Bu da cənubi Qafqazda uzun müddətli sülhün və əmin amanlığın bərqərar olması demək idi. Bu ilin iyun ayının 23-də Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi hissəsinə döyüş bayrağını təqdim etdi.Ölkə rəhbərimiz mərasimdə geniş məruzə ilə çıxış etdi.O öz çıxışında bildirdi ki, "Bu gün Azərbaycan ordusu güclüdür. Silahlı qüvvələrimiz vahid proqram əsasında inkişaf edir.Xüsusi təyinatlı qüvvələrin sayı böyük dərəcədə artırılmışdır.Ölkəmizin Ərazi bütövlüyünün qorunması məqsədi ilə Dövlət Sərhəd Xidməti,Daxili Qoşunlar,Dövlət Təhlükəsizlik Xidməti,Xarici Kəşfiyyat Xidməti və s işləri dəfələrlə artırılmışdır.Uğurlu iqdisadi siyasətimiz bizə imkan verirki ordu quruculuğuna yeni silahların texnikaların alınmasına,yeni döyüş birləşmələrinin yaradılmasına lazımı dərəcədə dövlət vəsaiti ayrılsın.Bu hər birimizə məlumdur ki, bu gün Azərbaycan o ölkələrdəndi ki öz müqəddaratını özü müəyyən edir.Artıq o heç kimdən aslı deyil və olmayacaqdır.Azərbaycan öz sözünü açıq deyir və istər döyüş meydanında istərsədə siyasət meydanında müstəqil mübarizə aparır.Bu gün bütün dünyada hamı gördüki Ermənistanın xarici havadarları bizim dədə-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər.Lakin şücaətli Azərbaycan ordusu müdrik,uzaqgörən,Ali baş komandan və xalqın birliyi onların məkirli planlarını alt-üst etdi.Hal hazırda Qarabağ bölgəmizdə hərbi əməliyyatlar davam edir.Erməni quldur birləşmələri yenə atəşkəsi pozurlar.İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində,və Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin uğurudur. Bunu bütün dünya bilməlidirki bu gün Azərbaycan bölgədə söz sahibidir.O öz şanlı zəfərini siyasi,diplomatik və döyüş müstəvisində daha da möhkəmləndirir.İllərdir Azərbaycanı iddiham edənlər qoy baxsınlar ki biz qisas yox ədalət istiyirik.Ancaq Azərbaycan xalqı erməni vəhşiliyini heç vaxt unutmayacaqdır.İşğal dövründə bizim şəhərlərimiz,tarixi abidələrimiz,müqəddəs ocaqlarımız yerlə yeksan edilmiş,dağıdılmış təhqir edilmişdir.Bunu edənlər bizim xain qonşularımız idi. Buna göz yuman beynəlxalq ictimaiyyət və hər gün ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır.Bu gün xain qonşularımız sülh danışıqlarının yekunlaşmasını istəmirlər.Bu sülh anlaşması xain Ermənistana daha çox lazımdır.Biz ədalətli sülhün tərəfdarıyıq.Bizim ədalətli sülhümüzün aşağıdakı şərtləri var.Onlardan biri Zəngəzur dəhlizinin açılmasıdır.Bu bizim haqlı tələbimizdir.Nəzərə alsaq ki ermənistan 2020 cilin noyabrın 10 da imzaladığı akta əsasən bu öhdəliyi öz üzərinə götürmüşdür,ancaq bu günə qədər bu öhdəliy yerinə yetirilməyib,digər şərtimiz isə odurki ermənistan ordusunun silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmalıdır.Artıq dünya ictimaiyyəti bir mənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.Biz bu gün azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq.Evindən,eşiyindən qovulmuş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq.Qarabağın tacı olan Şuşamızı yenidən qururuq.Şuşa bizim gücümüzün əyilməz ruhumuzun,qəhrəman hərbiçilərin,şəhid olan oğullarımızın təccəssümüdür.
Hacıyeva Gülnarə Həsənqulu qızı
Nəsimi rayon ictimai şuranın katibi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2025