Mobil versiya
Fəxr ediləsi azərbaycanlı.
Tarix: 25-06-2023 | Saat: 14:41
Bölmə:Özəl | çapa göndər

Fəxr ediləsi azərbaycanlı.

Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Hər birimizə məlumdur ki, bu illər ərzində dövlətimizin, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. O Azərbaycan dövlətinin çətin bir günlərində xalqın tələbi və arzusu ilə 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ölkədə xaos, özbaşınalıq, vətəndaş qarşıdurması tüğyan edirdi. Xalq acınacaqlı durumda idi. Ulu Öndər Heydər Əliyev elə ilk gündən Respublikada əhəmiyyətli müşavirələr keçirdi, ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ölkənin ictimai-siyasi həyatında gərginlik durmadan artırdı. Belə bir çətin vəziyyətdə Ali Sovetin 24 iyun 1993-cü il tarixli iclasında Parlamentin qərarı ilə prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ulu Öndər ilk gündən etibarən ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı. O ilk növbədə seperatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısını aldı. Belə ki 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində "Talış-Muğan Respublikası" elan olunmuşdur. Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Yardımlı rayonlarında yaranmış vəziyyətə Ulu Öndər əhalinin istəyi ilə bu bədnam iddiaya son qoydu. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində hər zaman xalqa arxalanmışdır. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Bütün dünyaya məlumdur ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizə vətənin və xalqın xilaskarı kimi yazılıb. O Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas etdi, nizami ordu yaratdı, Qarabağ müharibəsində atəşkəs əldə etdi.1994-cü ilin mayında Ulu Öndər danışıqlar masası arxasında cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu. Heydər Əliyevin fəaliyyəti bununla bitmədi, neft müqavilələri imzaladı. Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu.Onun "Əsrin müqaviləsi" 1994-cü ilin sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında müqavilə bağlandı. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli uzaqgörənliyinin nəticəsi idi. Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etdi. Xeyirxahlıq, mahir diplomat, alicənablıq, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Heydər Əliyevin unikallığı idi. O ölkədə "azərbaycançılıq" ideologiyasını yaratdı. Onun yüksə kürsülərdən dediyi: " Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, azərbaycanlıyam" deməsi Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmişdir. 1993-cü ildən başlayaraq bugünə qədər Ulu Öndərin gərgin əməyi sayəsində Azərbaycan müstəqil həyat yaşayır. O vaxtdan ölkədə dövlətçiliyin əsası qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin müasir Konstitusiyasının hazırlanması idi. O bu haqda öz fikrini belə ifadə edirdi: " Biz elə bir layihə hazırlamalıyıq ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında sabit yaşamasını təmin edən əsas qanun tarixi sənəd olsun. Onu da bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası nə olur olsun, müstəqilliyini itirməyəcək, heç bir dövlətin əsarəti altına düşməyəcək." Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan xilas etməsi, milli varlığımızı yaşadan ölkəyə çevirməsi təkcə bugün deyil, ümumən gələcək nəsillər Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün əhəmiyyətli dövlətçilik təcrübəsidir.

Hacıyeva Gülnarə Həsənqulu qızı
Nəsimi rayon İctimai Şuranın katibi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025