Mobil versiya
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır.
Tarix: 25-06-2023 | Saat: 14:39
Bölmə:Özəl | çapa göndər

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Hərbi tibb fakültəsi də yaradılmışdır. Bu hərbi təhsil müəssisələri ordumuza ehtiyac duyulan bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən yüksəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti əminliklə dediyi sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən də, Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.
1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələr yaradılıb. Vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb.
Bu gün Azərbaycanın bütün sahələrində yüksək inkişaf və tərəqqi özünü göstərir. Bu sözləri Azərbaycan Ordusuna da şamil etmək olar. Belə ki, ordumuzda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Bu baxımdan ordumuzun əsas aparıcı qüvvələrindən sayılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin fəaliyyəti daha çox diqqətçəkəndir. Şübhəsiz, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. Yüksək döyüş təcrübəsinə malik olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2016-cı ilin aprelində erməni faşistləri ilə döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edib.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri misli görünməmiş şücaət göstəriblər. Belə ki, Şuşanın erməni dığalarından təmizlənməsi onların adı ilə bağlıdır. Hətta xüsusi təyinatlıların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etmələri artıq dünya hərb tarixinə düşüb. Bir sözlə, hazırda onların döyüş təcrübəsi öyrənilməkdədir. Bu mənada Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ordumuzun şah damarı adlandırmaq olar.
Məlum olduğu kimi, Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə görə regionda lider olan hərbi gücdür. Beynəlxalq reytinq təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın bir çox dövlətini qabaqlayır. Təbii ki, bütün bunların səbəbi ordumuzun döyüş qabiliyyətinin artırılması üçün dövrün nəbzini tutmaqla həyata keçirilən tədbirlərdir.
Silahlı Qüvvələrimizin hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır. Güclü ordu müstəqil və suveren dövlətin dayağı və əsasıdır, onun onurğa sütunudur. Ulu Öndər xüsusi olaraq qeyd edirdi ki, Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir.
Məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Məlumdur ki, 1918-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra onun apardığı ordu quruculuğu prosesi Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edən işğalçı Ermənistanla müharibə şəraitində keçmişdir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra da tarix təkrar olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistanın ölkəmizə qarşı apardığı elan olunmamış müharibənin gedişində yaranmağa və formalaşmağa başlamışdır.
Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunun və eyni zamanda, hərbi təhsil müəssisələrinin yenidən yaradılmasının başlanğıcı olmuşdur.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.
Müdafiə nazirinin tələbinə əsasən müasir ümumqoşun döyüşünün aparılması şəraiti nəzərə alınmaqla xidmətlərə dair müvafiq rəhbəredici sənədlərin işlənilməsi və təkmilləşdirilməsi prosesinə başlanılmışdır. Aparıcı dövlətlərin Silahlı Qüvvələrinin, xüsusilə NATO ölkələrinin bu sahədə təcrübəsindən istifadə olunaraq Silahlı Qüvvələrdə yeni tələblər və standartlar müəyyən edilmiş, qoşunların döyüş tapşırıqları dəqiqləşdirilmiş və korrektə edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşlarımız hərbi hissələrin komandanlıqlarına müraciət etmək imkanı yaradılmışdır.
Ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə tapşırıqlarından mərhələlərlə azad edilir. Şəxsi heyətin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirakı təmin edilir. Bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilmişdir və gələcəkdə də bu məsələlərin mərhələlərlə həlli planlaşdırılır. Qısa müddətdə xeyli sayda mülki şəxs Silahlı Qüvvələrə qulluğa qəbul olunmuşdur.
Bu məsələləri həll etməklə biz şəxsi heyətin diqqətini sırf döyüş hazırlığı məsələlərinə yönəldirik. Bununla da biz hərbi intizamın yüksəlməsinə, qarşılıqlı münasibətlərin saflaşmasına, sosial ədalət prinsipinin təmin olunmasına, eyni zamanda, davranışların nizamnamələr çərçivəsində həyata keçirilməsinə nail oluruq.
Keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilmişdir. Hazırda müəssisələr tərəfindən təhvil verilən ərzaq məhsullarının keyfiyyəti Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul olunur və şəxsi heyətin təminatı üçün mərkəzləşdirilmiş qaydada hərbi hissələrə paylanılır.
Ərzaq məhsullarının keyfiyyətinin yüksək səviyyədə yoxlanılması məqsədilə yeni laboratoriya binasının inşa edilməsi və müasir avadanlığın alınması nəzərdə tutulmuşdur.
Hərbi hissələrdə şəxsi heyətə keyfiyyətli, dadlı yeməklərin hazırlanması üçün peşəkar mülki aşpazların işə qəbul edilməsi həyata keçirilmiş və yeni müasir yeməkxana avadanlığının alınması üzrə işlər görülmüşdür. Həmçinin hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq göstəriş verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin yaxın günlərdə irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi planlaşdırılır.
Son dövrdə cəbhə xəttində hər dəfə vəziyyətin gərginləşməsi müşahidə edilən kimi döyüşə getmək arzusunda olan neçə-neçə vətəndaşımız Müdafiə Nazirliyinə müraciət edir. Bu, xalqımızın düşmənə olan nifrətindən, torpaqlarımızın azad edilməsi hissindən irəli gələn keyfiyyətdir.
Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin keçirilməsi düşmənə bir xəbərdarlıqdır, bizim üçün isə əsgəri həyat normasına çevrilmişdir.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyətin nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini dəfələrlə tövsiyə etməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.
İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.
Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlətimizin başçısı Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırıldığını bildirib.Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər.
Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.
Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxdı. Məruzə olundu ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur.
Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı.
Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izlədi.
Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.
Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi.
Sonra dövlətimizin başçısı hərbi hissənin sıra meydanına gəldi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.
Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2025