Mobil versiya
Vətənpərvər Azərbaycan əsgəri.
Tarix: 25-06-2023 | Saat: 14:23
Bölmə:Özəl | çapa göndər

Vətənpərvər Azərbaycan əsgəri.

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var. Əsl ləyaqətli, qəhrəman əsgər isə təkcə ordu sıralarında, komandirlər, xüsusi təlimatçılar və nizamnamə vasitəsilə hazırlanmır. Bəzən qəhrəmanlar fitrətən anadan qəhrəman doğulur. Amma çox hallarda qəhrəmanı onun ailəsi, cəmiyyət və zaman yetişdirir. Yetkin adam üçün qəhrəmanlıq əvvəlcə onun düşüncəsində yaranır, həyat amalına çevrilir, varlığına hakim kəsilir.
Vətənin müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan.
Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 3000-dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə "Anım Günü" elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Xalq da şəhidlərlə, qazilərlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs xüsusi rəğbət bəsləyir.
Azərbaycan əsgəri vətənpərvər, mübariz, qorxmaz, cəsarətlidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Ağstafada yeni inşa olunan Daxili Qoşunların, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin açılış mərasimlərində iştirakı ordu quruculuğuna göstərilən diqqətdir.
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsinin işğalçılardan azad edildiyi Aprel döyüşləri hərbi qələbəmiz olmaqla, Azərbaycan xalqının gücünü, yenilməz ruhunu, ordu quruculuğu siyasətinin düzgün davam etdirildiyini göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır” sözlərinin “Clobal Fire Rower” Araşdırma Şirkətinin hazırladığı “2020: hərbi güc reytinqi” sənədində də əksini tapması ölkəmizin güclənən müdafiə qüdrətinin beynəlxalq səviyyədə dəyərləndirilməsidir.
138 ölkənin Silahlı Qüvvələrinin illik hərbi büdcəsi, orduda xidmət edən şəxsi heyət, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərin diqqət yetirildiyi hesabatda hərbi qüdrətinə görə Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu 63-cü yerdədir. Məlumat üçün bildirək ki, siyahıda Gürcüstan 93-cü, Ermənistan isə 112-ci yerdədir. Milli Ordumuzun layiq görüldüyü bu dəyərlər illərdən bəri çəkilən zəhmətin, ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Son illərdə uğurla nəticələnən qələbə soraqlı hərbi əməliyyatların hər biri zəfərə çağırışdır.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu günlərdə Ağstafaya səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında iştirakı, maddi-texniki baza və kadr potensialı ilə tanış olması bir daha göstərdi ki, ordu quruculuğu sahəsində böyük uğurlar qazanılıb. Belə güclü potensiala malik, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən cəbhə xəttində şərəfli döyüş yolu keçən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün qüdrətli Azərbaycan Ordusu ilə birgə döyüşən Daxili Qoşunların şəxsi heyəti Ali Baş Komandanın əmrinə hazırdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Ağstafada yeni inşa olunan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin açılışında iştirakı da əsgər və zabit heyətində böyük ruh yüksəkliyi yaratdı. Döyüş hazırlığının yüksək səviyyədə olması üçün hər cür şərait yaradılan hərbi hissədə müxtəlif sosial obyektlər də tikilmiş, geniş abadlıq və yaşıllıq işləri görülmüşdür.
Müdafiə qüdrətimizin gücləndirilməsinə göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli orduları ilə eyni sırada yer alır. Əsgərlərimiz NATO qüvvələri tərkibində münaqişə ocaqlarında sülhyaratma əməliyyatlarında Azərbaycanın adını, zabit şərəfini layiqincə doğruldurlar. Bu fərqlənmənin açıqlaması budur ki, yenilməz və güclü ordumuzda xidmətləri ilə fəxr edən Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır.
Məlumat verildi ki, tank əleyhinə idarə olunan raket kompleksi “SPİKE-ER” qurğusu döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək üçün təyin olunmuş raketburaxıcı sistemdir. 122 millimetrlik “HAUBİTSA 2A18 D-30”, 122 millimetrlik “ÖAQ 2S1” və 122 millimetrlik “YARS BM-21 V” qurğuları düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü açıq tipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. “RM-70 döyüş maşını m-21OF” qəlpələnən-fuqas mərmisi ilə atış apararkən toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir. Özüyeriyən top, haubitsa qurğusu 152 millimetrlik “DANA M1M” avtomatik doldurmaya malik olan yeni artilleriya qurğusu olub, düşmənin artilleriya qurğularını, atəş vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını məhv etmək üçündür. 306 millimetrlik “Ekstra” taktiki raket sistemidir. İqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini məhv etmək üçün təyin olunub. Əməliyyat-taktiki raket kompleksləri “POLONEZ” və “LORA” düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək qüdrətinə malikdir. “MKAP-19” səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə İP texnologiyaları əsasında səs, data və video məlumat mübadiləsini təmin edən kompleksdir.
Azərbaycanımızın keçdiyi tarixi yola nəzər salsaq görərik ki, ölkəmiz ayrı-ayrı zamanlarda müxtəlif hərbi təcavüzlərə məruz qalsa da, öz mövcudluğunu qoruyub saxlaya bilib .Bəli, Azərbaycan xalqının Vətənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlığın qədim və zəngin tarixi vardır : Cavanşir , Babək , Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr demək olar ki, Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaratdılar. Hansı ki, bu qəhrəmanlıq salnaməsi qorunmuş, örnək olaraq bugünki dövrümüzə qədər gəlib çıxmışdır . Beləliklə , 1918 -ci il iyun ayının 26- da Azərbaycan Silahlı Qüvvələri yaranmışdır.
Hazırda Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularındandır. Azərbaycan igidləri , Azərbaycan əsgərləri vətənpərvərliyi ilə dünyada seçilir.
Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi.
Xarici dövlətlərdən Azərbaycan Ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edildi. Məhz bunun sayəsində yaşayış məntəqələrimizi və hərbçilərimizi hədəfə alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vuruldu. Nəticədə təkcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edildi.
Dövlətimizin başçısı çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siyasətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib. Bu da Azərbaycan Ordusunun postmüharibə dövründə də hərbi-texniki təchizat baxımından liderliyini qoruyub saxlayacağını göstərir.
Yeni hərbi akademiyalar, xarici dövlətlərdə təkmilləşdirmə kursları və peşəkarlar məktəbi Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, Vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumlarına və təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi kimi problemlərə üzləşməməlidir. Bu məqsədlə dövlətimizin başçısı mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərmanlar imzalayıb və göstərişlər verib.
Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı dövlətimizin başçısının məlum göstərişi də, “YAŞAT” Fondunun yaradılması da Müzəffər Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailə üzvlərinə olan doğma münasibətinin göstəricisidir.
Müasir ordu quruculuğu prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.
Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.
Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 3000- dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə "Anım Günü" elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025