Mobil versiya
İcra başçısı Qurban Bayramı günlərində heyvanların satış və kəsim məntəqələrində yaradılan şəraitlə tanış olub -Fotolar
Tarix: 25-06-2023 | Saat: 12:08
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

İcra başçısı Qurban Bayramı günlərində heyvanların satış və kəsim məntəqələrində yaradılan şəraitlə tanış olub

Qurban Bayramı ilə əlaqədar ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə “Kəpəz-Bazarı” ASC-də, "İmamzadə" Dini Kompleksinin qurbangahında, M.Bağırov və Bayan küçələrinin ərazisində xüsusi məntəqələr yaradılıb.

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd olunan məntəqələrə baxış keçirib, burada yaradılan şəraitlə yerindəcə tanış olub. Şəhər rəhbərinə bildirilib ki, satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə riayət olunmaqla İslam qaydaları əsasında kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Ətraf ərazilərin çirklənməsinin qarşısının alınması məqsədilə kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılması üçün məntəqələrin döşəməsi drenaj sistemi ilə təmin edilib. Məntəqələrdə tullantıların daşınması üçün xüsusi konteynerlər də yerləşdirilib.
Görülən işlərlə tanış olan Niyazi Bayramov aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024