“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır!”
Tarix: 25-06-2023 | Saat: 10:16
Bölmə:Özəl | çapa göndər
Bu başlıqlı tədbir dağlar diyarı Lerik rayon Mədəniyyət sarayında baş tutdu. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbir öncəsi dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Lerik şəhərinin mərkəzi meydanında ucaldılmış heykəli önünə təzə çiçəklərdən çələng hörüldü, əziz xatirəsi dərin ehtiramla anıldı.
Dövlət Himnin oxunması, müstəqil Azərbaycanımızın qurucusu, Türk xalqların böyük oğlu, dünya siyasətində öz yeri olan ümummilli lider Heydər Əliyevin, eləcə Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olundu.
Tədbirin giriş nitqini söyləyən Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyev dedi:- Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmaqla onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Xoşbəxt xalqıq ki, ölkəmiz Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Bu, əbədiyaşar dahinin irsi davamlı inkişafın təminatıdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. İndinin özündə də ölkə rəhbəri İlham Əliyev bütün sahələrdə Heydər Əliyev kursunu uğurla davam etdirir.
Söz Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov veriləndə o, bildirdi ki, Azərbaycan xalqının dahi oğlu ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Xalqın məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacağını bildirən natiqlər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, kimya elmləri doktoru Əfsun Sucayev, görkəmli türkoloq, ədəbiyyatşünas, 3-cü dərəcəli əmək ordenli, professor Elman Quliyev onu da əlavə etdilər ki, görkəmli dövlət xadimi ictimai-siyasi və şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaratdı və onun gələcək inkişaf istiqamətlərini müəyyən etdi. Məhz buna görə onun fenomenal adı, əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır.
Tədbir rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanların, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilməklə başa çatdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025