Mobil versiya
MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSUNA EŞQ OLSUN!
Tarix: 24-06-2023 | Saat: 16:47
Bölmə:Özəl | çapa göndər

MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSUNA EŞQ OLSUN!

Bu gün beynəlxalq müstəvidə Azərbaycan adı çəkiləndə qalib ölkə, qələbə yada düşür. Qazandığımız Tarixi Qələbənin sayəsində Beynəlxalq güclər də Qafqazda yürüdülən siyasətə görə Azərbaycan Respublikası ilə hesablaşmağın vacibliyini dərk etdi. Azərbaycanın uğurları günü-gündən dünyanın diqqətini çəkməkdədir. Ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə qabaqcıl sıralarda yer alır və bu da hər il ardıcıl olaraq  Beynəlxalq iqtisadi forumda öz əksini tapır. Cənab Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! reallığı 44 günlük Vətən müharibəsində də özünü təsdiq etdi.  Dövlət başçısının apardığı məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin dünyanın güclü dövlətləri sırasında öz yeri vardır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti cənab Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir və bunun nəticəsidir ki, Azərbaycan regionda liderliyini qoruyub saxlayır. Ölkəmizin sosial-iqtisadi sahədə dayanıqlı inkişafı bütün istiqamətlərdə güclü dövlət dəstəyinin bariz nümunəsidir. Prezident yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə bəyan etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlaması, Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi zamanı dövlətimizin hərbi və siyasi gücünü bütün dünya gördü. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi.
Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında qalmış qədim Türk torpaqlarını düşməndən azad etdi. Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və Azərbaycanda sarsılmaz xalq-prezident birliyinə səbəb olan əsas amillərdir. Xalqımız ölkə başçısının ətrafında sıx birləşməklə dəmir yumruq oldu və bu Dəmir Yumruq düşmənin başını əzdi. Möhtərəm cənab Prezidentin Qarabağ Azərbaycandır! şüarı xalqımızın milli dilinin əzbəri və əsas şüarı oldu. Qarabağımızı Azadlığına qovuşduran, Azərbaycanımızı Tarixi Qələbəyə aparan da məhz elə bu dəqiq cümlə, qətiyyətli siyasət oldu.  44 günlük Vətən müharibəsində, haqqı döyüşümüzdə qazandığımız tarixi qələbə Haqqın, ədalətin təkcə mənfur erməni vandalları deyil, bütün dünyada olan qara qüvvələr üzərində qələbəsi idi. Ölkə rəhbərinin həyata keçirdiyi islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasında yer almışdır və xalqımız cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox yaxın zamanlarda Zəfər tariximizin yazılacağından, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpa ediləcəyindən tam əmin idi. Çünki Dövlət başçısının hər bir çıxışı, hər bir sözü tarixi reallığı əks etdirir və son dərəcə qətiyyətlidir. Tarixi qələbəni xalqımıza bəxş edən cənab Prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir. Hər kəs bu qətiyyəti görür və yaxşı bilir ki, Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirir, əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır, etibar qazanır, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olmuşdur. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmiş və düşmən üzərində tarixi zəfər çalmışdır. Qazanılan Zəfər Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi kimi tarixləşdi. Dünyanın iri dövlətləri, məğlub dövlət və onun havadarları gördü ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Dünyanın hərbi ekspertləri də Azərbaycan Ordusunun Zəfərinə heyrətləndiklərini etiraf edirlər.Ordumuz yeni tarixi bir mərhələdədir. Bu mərhələ qüdrət, güc, qalibiyyət, Zəfər mərhələsidir. Yeni inkişaf mərhələn mübarəkdir, Azərbaycan Ordusu! Xalq sənə inanır, güvənir, Azərbaycan əsgəri!
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025