Mobil versiya
Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur
Tarix: 23-06-2023 | Saat: 14:49
Bölmə:Özəl | çapa göndər

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur

Azərbaycan və Pakistan arasında əlaqələr  bütün sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında ticarət həcmi artmaqdadır ki,  bu da əməkdaşlığın inkişafını təmin edir. Hərbi sahədə də Azərbaycan və Pakistan arasında əməkdaşlıq sürətlə inkişaf edir.İki ölkə arasında hərbi təlimlər və təcrübə mübadiləsi keçirilir. Azərbaycan və Pakistan orduları arasında əməkdaşlıq təlimlər yolu ilə daha da güclənir.Dövlətimizin başçısı mətbuat önündə bəyan etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.Bu, strateji tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsi ilə əvəzlənməsi və bunun rəsmiləşdirilməsinə hazırlıqdır.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin inkişafında, həm də qardaş ölkənin mövqeyinin rolu böyük olmuşdur. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkələrdən biridir. Pakistanın bu mövqeyi, Azərbaycan xalqı arasında güclü bir qarşılıqlı sevgi və hörmət hissi yaratmışdır.Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərinə toxunaraq bildirdi ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq. Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 15-də mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Həm də bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Əlbəttə ki, ölkə rəhbərlərinin bu yanaşması Azərbaycan və Pakistan xalqlarını daha da yaxınlaşdırır. Azərbaycan xalqı da 44 günlük müharibə dövründə bizimlə bir yerdə məhz Türkiyə və Pakistanın olduğunu, hər iki ölkənin müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini çox gözəl bilir.Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif açıqlamasında bildirdi ki, əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür.İki ölkə arasındakı münasibətlər qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulduğunu vurğulayan Məhəmməd Şahbaz Şərif onu da bildirdi ki, Pakistan xalqı da Azərbaycan xalqını sevir.
Tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları  biri-birini əvəzləyir.Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025