Gülayın əl işləri zövq oxşayır -Foto
Tarix: 23-06-2023 | Saat: 13:59
Bölmə:Özəl | çapa göndər
Lənkəran rayonunun Osakücə kənd Körpələr evi-uşaq bağçasında öz peşinə ürəkdən bağli, balaca fidanları canından artıq sevən, xoşbəxt gələcəyimiz naminə öz işindən mənəvi zövq alan Gülay Fərzullayeva adında bir tərbiyəçi müəllimə vardır. İxtisası ingilis dili müəllimlıyidir. Daxili dünyası gözəl olduğuna görə hər əməlindən həyata əzəmət, ülviyyət gəlir, dünyanı mehr- məhəbbət bəzəyir. Tərbiyə etdiyi uşaqlar Gülay müəllimi hamıdan çox istəyir. O, da çalışır ki, ürək açdığı balaca fidanlar vətənpərvər, xalqın milli-mənəvi dəyərlərinə hörmət ruhunda böyüsünlər və gələcəyin ən layiqli vətəndaşı olsunlar.
Gülay xanımin həm də gözəl əl qabiliyyət vardır. Odur ki, boş vaxtlarını oyuncaq toxumaq sənəti olan amiqurumiyə həsr edir. Bu sənətə marağını soruşanda deyir:- Bir müddət Rusiyada yaşamışam. Orada yaşlı qadın tanışım mənə toxumağı öyrətdi. Əvvəl corab, şərf və əlcək toxuyurdum. 10 il keçəndən sonra isə uşaq oyuncaqlarına keçdim. Çox keçmədi bu sənətə ürəkdən bağlandım. İşimin bəhrəsini gördükcə yeni oyuncaqlar toxumağı öyrəndim. Tək millə toxunan kiçik ölçülü oyuncaq dörd günə, böyük ölçüdə olanda bir həftəyə başa gəlir. Görüb, qəlbimə yatan oyuncağı toxuya bilirəm. Onu da, deyim ki, 30-38 sm oyuncaqların ərsəyə gəlməsi üçün 10-15 manat vəsait lazımdır. Oyuncaqların rənginə gəldikdə isə, onu özüm seçirəm. Bəzən sifarış edənlər zövqə görə rəngləri özləri deyirlər.
Gülay müəllim təkcə oyuncaq toxumur. Yaradıcılığında top, şərf, papaq və digər əşyalar da vardır. Çəkdiyi zəhmətin müqabilində qazancı 15-30 manat arası dəyişir. Ən əsası toxuduğunu balaca fidanlara, şəhid övladlarına hədiyyə edib onların üzündəki təbəssümünü görəndə sanki ona bir dünya sevinc bəxş olunur...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025