ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏYİ İLƏ ÖLKƏYƏ NUR GƏLDİ!
Tarix: 21-06-2023 | Saat: 11:18
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın ən yeni tarixinin böyük hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu müdrik siyasi xadimin rəhbərlik etdiyi onilliklər respublikamızda inkişaf, hərtərəfli islahatlar və müstəqil dövlətin yaradılması dövrü kimi tarixə düşmüşdür. Ulu Öndərin siyasi fəaliyyətinin başlıca yekunu da onun birbaşa rəhbərliyi altında yaradılmış və xalqımıza əmanət etdiyi müstəqil Azərbaycan Respublikası olmuşdur. Bu gün heç bir şübhə yoxdur ki, Azərbaycan daim Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə addımlayacaq və ulu öndərin dövlətçilik ənənələri davam etdiriləcək. Hər bir xalqın milli azadlıq hissi və müstəqillik arzusu onun özünüdərketməsi prosesində formalaşır. Azərbaycanda milli ideologiyanın yaranması uzunmüddətli təbii-tarixi prosesin məntiqi nəticəsi və ifadəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin xalqımızın azadlıq mübarizəsi barədə dediyi sözlər böyük maraq doğurur. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur. Ancaq bu da bir həqiqətdir ki, bir sıra vacib şərtlər olmadan heç bir xalq azadlıq və müstəqil dövlətə sahib ola bilməz. Azərbaycanın görkəmli dövlət xadimi, xalqın və ölkənin taleyində əvəzsiz rol oynayan Ulu Öndər Heydər Əliyev zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi ilə Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub.
Qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olan Ulu Öndər Heydər Əliyevin - tarixi Şəxsiyyətin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bildiyimiz kimi, Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının qalibiyyət bayrağına çevrilən, yaşından, kimliyindən, mövqeyindən asılı olmadan hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyevə xalqın ehtiramı, məhəbbəti və sədaqəti sonsuzdur. Əminik ki, bu ehtiram, bu məhəbbət və sədaqətlə Prezidentimizə arxa duran xalqımıza Ulu Öndərin ruhu həmişə yar olacaq, dayandığı zirvədən bizə hər zaman olduğu kimi, bundan sonra da doğru yolu göstərəcəkdir. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025