Mobil versiya
Pakistan dost ölkə olaraq hər zaman Azərbaycanın yanında olub
Tarix: 21-06-2023 | Saat: 11:01
Bölmə:Manşet / Özəl | çapa göndər

Pakistan dost ölkə olaraq hər zaman Azərbaycanın yanında olub

Pakistan hər zaman Azərbaycana dost ölkə olaraq mövqeyini ən mühüm məsələlərdə belə açıq şəkildə ifadə edib.
Təsadüfü deyil ki, ölkəmiz müstəqillik qazananda rəsmi surətdə müstəqilliyi tanıyan qardaş Türkiyədən sonra ikinci ölkə olub.Birinci Qarabag savaşında Azərbaycanı bütün mənalarda dəstəkləyən Pakistan dövləti, 44 günlük Vətən Müharibəsində rəsmən Azərbaycanın yanında oldu. Beynəlxalq hüququn imkan verdiyi bütün mənalarda ölkəmizi müdafiə etdi.Bu əslində Pakistan dövlətinin haqqın yanında olmasını ifadə etməklə yanaşı şərə qarşı mübarizəsinin tərənnümü kimi də səciyələndirilə bilər.
Digər tərəfdən müsəlman ölkəsi kimi Azərbaycanı dəstəkləmək hər bir müsəlman dövlətinin mənəvi borcudur.Son illər ölkələrimiz arasındakı qarşılıqlı əlaqələr çoxsəhəli şəkildə inkişaf edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan beynəlxalq əlaqələr, diplomatik münasibətlər dost ölkəlirin sayını artırmaqla yanaşı, ölkəmiz üçün bir çox sahələrdə fayda verəcək əlaqələrin təzahürüdür.
İki ölkə arasında sıx qarşılıqlı əməkdaşlıgın mühüm sahələrindən biri də elm təhsil sahəsidir.
Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatında bu məsələyə xüsusi diqqət yetirilir.Ölkə Başçısı bildirir ki,
Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Digər sahələrdəki əməkdaşlıga da münasibət bildirən ölkə Prezidenti hərbi əməkdaşlıgın perespektivlərindən də söz açaraq, müdafiə sənayesi sahəsindəki əməkdaşlıgı yüksək qiymətləndirərək bildirir ki,Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Prezident İlham Əliyev öz çıxışında ikinci Qarabag savaşına toxunaraq formalaşmış Azərbaycan Ordusunun gücünü və Azərbaycan xalqının iradəsini bir daha diqqət önünə çəkərək bizim haqq- ədaləti bərpa etdiyimizi bəyan edir:
“Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq”.
Ölkə Prezidenti ölkələrimiz arasında qarşılıqlı əlaqələri yüksək dəyərləndirir,münasibətlərin daha da inkişaf etdiriləcəyini bildirir:
“Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.”.
Göründüyü kimi Azərbaycan dövlətinin apardıgı ugurlu xarici siyasət-diplomatiya sayəsində ugurları günbə - gün artırır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025