Mobil versiya
Sahil Babayev: “Son beş ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib”
Tarix: 21-06-2023 | Saat: 10:57
Bölmə:Gündəm | çapa göndər

Sahil Babayev: “Son beş ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib”

“Son beş ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gülüstan” sarayında keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sosial, məşğulluq sahəsində böyük uğurlar əldə edilib:

“Sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə artım baş verib.

Eyni zamanda, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə artım baş verib”.

O qeyd edib ki, sosial layihələr üçün dövlət büdcəsindən ayrılan yeddi milyard manata yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib.

İlhamə Əbülfət



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025