Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb vəziyyəti öz çiyinlərinə götürdü
Tarix: 21-06-2023 | Saat: 09:09
Bölmə:Özəl | çapa göndər

Müxtəlif vaxtlarda xalqımız çətin və kəşməkəşli həyat yolu keçmiş və bu sınaqlardan həmişə üzüağ çıxmışdır. Ölkəmizin şərqlə qərb arasında olduqca strateji nöqtədə yerləşməsi dünya dövlətlərinin diqqətindən yayınmamışdır. Azərbaycana yağlı tikə kimi göz dikən qonşularımız hər vəchlə çalışmışlar ki, min bir hiylə qurub bu zəngin diyarı qəsb etsinlər. Ancaq çox şükürlər olsun ki, Ulu Yaradan çətin vaxtlarda xalqımıza uzaqgörən, müdrik bir rəhbər göndərmişdir.
1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan bu gənc respublika dövlətçiliyini itirmək təhlükəsi yaşayırdı. Erməni işğalçıları tərəfindən torpaqlarımızın bir hissəsinin zəbt edilməsi, eyni zamanda daxili intriqalar hakimiyyət böhranını dərinləşdirirdi. Belə olan halda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqımız bu qanlı-qadalı günləri geridə buraxdı. Xalqını canından belə çox sevən bu müdrik siyasətçi dəhşətli hadisələrin gözlənilən bəlalarından xalqımızı zamanındaca xilas etdi.
Hələ 1993-cü ilin iyunun 4-də Gəncədə baş vermiş qiyam hakimiyyətə qarşı itaətsizlik göstərməklə ölkəni tamamilə xaosa sürükləyirdi. Belə bir vaxtda Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən ulu öndər Heydər Əliyev Milli Məclisin iclasında bu hadisələrlə bağlı məlumat verdi.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq o, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı.
Həmin dövrdə müstəqillik qazanmağımız ilkin şərt idisə, ən vacib məsələ onu qoruyub inkişaf etdirmək və baş verəcək təhlükələrdən qorumaq idi.
Heydər Əliyev milli dövlətçiliyimizin fəlsəfəsini yaratdı. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi.
1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Əbülfəz Əliyev Bakını tərk etdiyinə görə, Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qarşıda hələ görülməli mühüm tədbirlər-Dövlət Müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh danışıqları yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək, dağıdılmış və talanmış iqtisadiyyatı bərpa etmək dayanırdı.
Qısa zamanda Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Onun ilk vacib qərarlarından biri işğalçı Ermənistanla müvəqqəti sülh sazişinin bağlanması oldu. 1994-cü ilin may ayının 12-də Bişkekdə atəşkəs əldə edildi. Atəşkəsin mühüm əhəmiyyəti ondan ibarət idi ki, dövlətin inkişafına əngəl törədən maneələr aradan qaldırılsın, ordu quruculuğuna başlanılsın və bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndirilsin.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2025
19-05-2025