Türk Dövlətləri Təşkilatı – regional sabitlik və inkişafın yeni mərkəzi
Tarix: 09-10-2025 | Saat: 15:27
Bölmə:Siyasət | çapa göndər

Türk Dövlətləri Təşkilatı (TDT) XXI əsrin beynəlxalq münasibətlər sistemində türkdilli dövlətlər arasında əməkdaşlığın və strateji tərəfdaşlığın mühüm platformasına çevrilmişdir . 2009-cu ildə Naxçıvan Sazişi əsasında yaradılan təşkilat bu gün regional sabitliyin, iqtisadi inteqrasiyanın və ortaq mədəni dəyərlərin qorunmasının əsas dayaqlarından biridir.
12-ci Zirvə Görüşü Türk dünyasının birliyinin güclənməsi, siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat, enerji və texnoloji əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zirvə çərçivəsində qəbul edilən qərarlar Türk dünyasının regional və qlobal proseslərdə rolunun artdığını göstərir.
Təşkilatın məqsədi yalnız ortaq tarixi və mədəni kökləri qorumaq deyil, eyni zamanda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və iqlim dəyişikliyi kimi çağırışlara birgə cavab verməkdir. Türk Dövlətləri Təşkilatı həm siyasi dialoqun, həm də iqtisadi əməkdaşlığın effektiv mexanizminə çevrilərək Avrasiya məkanında sabitliyin təminatçısı rolunu gücləndirir.
Azərbaycan bu prosesdə mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə və regionda yaranan yeni geosiyasi reallıqlar Türk dünyası üçün strateji imkanlar açmışdır. Zəngəzur dəhlizinin açılması, Orta Dəhliz layihəsinin inkişafı və enerji xətlərinin genişləndirilməsi Türk Dövlətləri arasında inteqrasiyanı daha da gücləndirəcək. Türk Dövlətləri Təşkilatı artıq sadəcə tarixi və mədəni birliyə əsaslanan qurum deyil, regional sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın yeni mərkəzinə çevrilməkdədir. Bu birlik Türk dünyasının qlobal arenada söz sahibinə çevrilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir.
Rəhman Ağabalayev,
YAP Qusar rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-10-2025
14:23 Sumqayıtda çayxana yandı