Mobil versiya
Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir
Tarix: 20-06-2023 | Saat: 16:28
Bölmə:Özəl | çapa göndər

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir

İyunun 12-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlmişdir. Ötən ay keçiriolən seçkilərdə Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana gerçəkləşdirdi. Qeyd edək ki, səfərin dövlət səviyyəsində olması qardaşlıq və əməkdaşlıq münasibətlərimizin ali səviyyədə olmasının bariz nümunəsidir.

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri tarix boyu olub və bundan sonra əsrlər keçsə də olacaqdır. Dövlətlərimizin və xalqlarımızın istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb və hər zaman da bir-birini dəstəkləyiblər. Azərbaycan xalqı hər zaman, xüsusilə də II Qarabağ müharibəsi dövründən həm Türkiyə dövlətindən, həm də türk xalqından yüksək səviyyədə dəstək görmüşdür. Ən çətin zamanlarımızda türk qardaşlarımız yanımızda olmuşdur. Eyni zamanda erməni vandallarının törətdiyi vəhşilikləri dünyaya çatdırmaqda Türkiyə media işçilərinin də rolu danılmazdır. Heç də təəccüblü deyil ki, Türkiyənin də ən çətin zamanında ilk dəstəyə, yardıma Azərbaycan getmişdir. Fevral ayında baş verən zəlzələdə həm dövlət. Həm də əhali olaraq zəlzələdən əziyyətçəkən bölgələrə etdiyimiz yardımlar bağlarımızın möhkəmliyinin daha bir bariz nümunəsidir. Zəlzələ zamanı Cənab Prezidentin təşəbbüsü ilə, eyni zamanda qardaş ölkəyə yardım məqsədilə Şuşada keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü Ankarada keçirildi. Bu da öz növbəsində hər iki xalqlar arasında olan bu doğma münasibətlərin heç bir kənar qüvvə tərəfindən sarsıdıla bilməyəcəyini göstərir.
Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin əsrin ən böyük vandallığı olan erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə azanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması, II Qarabağ müharibəsi dövründə istər hərb sənayesi cəhərdən, istərsə də informasiya cəbhəsində, Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı və zəlzələdən sonra yenidənqurma və bərpa işlərində Azərbaycanın verdiyi dəstək Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.
İki il öncə iyun ayının 15-də Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz qəhrəmanlığı sayəsində işğaldan azad olmuş Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü və iki dövlət arasında tarixi anlaşma oldu. Şuşa Bəyannaməsinin imzalanması ilə uzun illər qarşılıqlı əməkdaşlıq göstərən və müttəfiq olan Türkiyə və Azərbaycan dövlətlərinin münasibətləri rəsmi formaya çevrildi. Bu sənədin Qarabağın tacı olan Şuşada imzalanması da tarixi bir hadisədir.
Olduqca sevindirici haldır ki, bu Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bu gün də uğurla davam edir, xalqlarımız arasında olan səmimi və doğma münasibətlər daha da genişlənir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və bu doğma, səmimi münasibət daim belə də olacaq.
Uzun illər ən böyük məqsədimiz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi idi ki, artıq 3 ilə yaxındı dövlət və xalqın birliyi sayəsində buna nail olduq. Qarşıda Qarabağ və Zəngəzurun yenidənqurulması və əhalimizin öz dədə-baba yurdlarında sülh və əmin-amanlıq şəraitində rahat yaşaması istiqamətində yeni məqsədlər, yeni hədəflər var. Bu məqsədlərdən ən böyüyü uzun müddət sonra Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi Türk dünyasının birlik və həmrəylik rəmzinə çevriləcəkdir.

Yusifli Ülkər,
YAP Zəngilan rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə