Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir
Tarix: 20-06-2023 | Saat: 12:49
Bölmə:Özəl | çapa göndər
12-13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıya səfəri baş tutub. İstər mahiyyəti, istərsə də verdiyi mesajlar baxımından fərqlənən bu səfər, şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətləri tarixində özünəməxsus yerə malikdir. Bu səfər seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Azərbaycan Respublikasının Prezidenti geniştərkibli görüşdən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanla birlikdə mətbuata Bəyanatla çıxış etdilər. Ölkə başçısı bəyanatında Azərbaycan –Türkiyə münasibətlərinin yükəsk səviyyədə inkişafından məmnunluğunu qeyd etdi.
Bu səfər həm də iki möhtəşəm tarixlə 15 iyun qurtuluş günü və Şuşa Bəyannaməsinin 2-ci ildönümü ilə üst-üstə düşdü. 2021-ci ill iyunun 15-də Şuşada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.
Cənab İlham Lliyev öz bəyanatında bu tarixi hadisənin önəmini qeyd edərək bildirdi: “İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.”
Ölkəmizin başçısı bildirdi ki, bizim əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Hərbi sahədə əməkdaşlığımızın müsbət nəticələri bu gün Azərbaycanın regionda aparıcı dövlət kimi çıxış etməsinə səbəb olmuşdur. Azərbaycan Ordusunun bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcəyini bildirən cənab Prezident qeyd etmişdir ki, “ Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.”
Bugünkü dünyada güc amilinin ön plana çıxması, beynəlxalq hüququn çalışmaması reallıqdır. Ölkə başçısının qeyd etdiyi kimi “Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.” Buna görə də Azərbaycan dövləti ilk növbədə modern və güclü orduya malik olmalıdır. Bu sahədə qardaş Türkiyənin dəstəyi danılmazdır.
Qeyd edək ki, Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir. Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı son illərdə getdikcə artır. Belə ki, 2012-2014-cü illər arasında bu göstərici sabit olaraq 6 faiz təşkil edib, 2015-ci ildə isə 12 faizə yüksəlib. Bu proses də 2015-ci ildən etibarən Türkiyəyə neft-qaz ixracının artması ilə əlaqəli olub. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar təşkil etməklə 14 faiz yer tutub.
Eyni zamanda Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital axını yaradır. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib.
Bu münasibətlərin inkişafını qeyd edən cənab prezident İlham əliyev demişdir: “Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.”
Nəqliyyat marşrutlarının gələcək inkişafın əsasını təşkil edəcəyini qeyd edən ölkə başçısı Orta Dəhliz və Zəngəzur dəhlizin açılmasının həm iqtisadi əhəmiyyətə malik olduğunu qeyd etməklə bərabər, həm də Türk dövlətləri birliyinin iqtisadi, mədəni əlaqələrinin inkişafında yeni mərhələ olacağını bildirmişdir: “İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.”
Ən önəmlisi odur ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə, aylarda bu məsələ də öz həllini tapacaq, qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.
Göründüyü kimi, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsində qərarlıdırlar. Tərəflər bu gün və gələcəkdə atılacaq addımlardan məmnundurlar. Əsas olan budur ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniləyə birgə imza atmağa səy göstərirlər.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025
08-01-2025