ŞOK! Unibank müştərisinə BÖYRƏYİNİ SATDIRIR
Tarix: 02-08-2016 | Saat: 12:40
Bölmə:İqtisadiyyat | çapa göndər
"Get ora, mən alıram böyrəyini, mənim adamım var orada, ona deyəcəm"
Bu yaxınlarda sosial şəbəkələrdə "Unibank"ın müştərisi ilə bağlı ilginc xəbər yayılıb. Məlumata görə, bank əməkdaşı borcunu ödəyə bilməyən müştərisini hədələməklə yanaşı, böyrəyini sataraq borcu qaytarmağa məcbur edib.
Barəsində məlumat yayılan müştərinin əlaqə nömrəsini əldə edib həmin şəxslə əlaqə yaradılıb. 38 yaşlı Bayramov Mübariz İsaxan oğlu haqqında yayılan məlumatla bağlı qaranlıq məqamlara aydınlıq gətirdi.
- "Unibank"dan sonuncu dəfə nə vaxt və nə qədər kredit götürmüsünüz?
- Mən özüm usta işləyirəm, ev təmir edirəm. Axrıncı dəfə 3 il bundan öncə 1000 manat pul götürdüm. Orda 1800 manat pul yazdılar, qalıq borclarımı silib mənə 800 manat pul verdilər.
- Siz "Unibank”dan kredit götürəndə həmin pulun qarşılığında hansı sənədləri təqdim etmişdiniz?
- Heç bir sənəd təqdim etməmişdim. Tək şəxsiyyət vəsiqəsi ilə, usta kimi fəaliyyət göstərdiyimə görə vermişdilər. Həm də bu kreditdən əvvəl götürdüyüm kreditlərin hamısını vaxtlı-vaxtında ödəyirdim deyə onların daimi müştərisi idim. Sadəcə son zamanlar işim olmadğından maddi vəziyyətim pisləşdiyinə görə kredit ödəmələrimi altı ay gecikdi. Amma həmin altı ay müddətində də pulum olduqca xırda-xırda ödənişlər eləmişəm.
- Sonuncu kreditinizi "Unibank”ın hansı filialından götürmüşdüz?
- Səməd Vurğun bağının yanında yerləşən filalından götürmüşdüm.
- Altı ay gecikməniz olduğunu söyləyirsiz. Bu altı ay ərzində sizi bankdan ödənişlə bağlı narahat edən olub?
- Bəli, gecikmələrimlə bağlı dəfələrlə banka çağırıblar. Hər dəfə də getmişəm. Axrıncı dəfə isə Xətayi rayonu ərazisində yerləşən "Unibank"dan mənə zəng gəldi. Özünü bankın problemli şöbəsinin hüquqşunası kimi təqdim edən şəxs məni təcili banka çağırdı. Mən də öz növbəmdə həmin şəxsin dəvətini qəbul edib banka getdim. Ora çatan kimi mənimlə telefonda danışan şəxs məni hədələməyə və təhqir etməyə başladı. Sonra otaqda ciblərimi axtararaq, cibimdəkiləriboşaltdı.
- Qanunda belə bir şey nəzərdə tutulmur axı borclu olan müştəri banka dəvət olunsun və bankın əməkdaşı onun üzərində axtarış aparsın. Siz niyə icazə verdiniz ki, o, bu hərəkəti etsin?
- Mən qorxurdum, çünki orda tanıdığım heç kəs yox idi ki, mənə kömək etsin. Hələ bundan başqa o mənə "orda olan şkafı görürsən, ödənişi etmədiyin üçün səni ora salacam və polis çağırıb dələduz kimi təhvil verəcəm",- dedi. Onun bu sözlərindən çox qorxmuşdum, heç nə də edə bilmirdim, çox əlacsız idim.
- O, şəxsin adını bilirsiniz?
- Yox, adı yadımda deyil, bilmirəm. Amma əlaqə nömrəsi var.
- Siz qeyd etdiniz ki, sizi hədələyən şəxs sizi "şkafa” salacağını və polisə təhvil verəcəyini söyləyib. Daha sonra nə oldu?
- Yox, o, polis çağırmadı amma mənim telefonumu əlimdən alıb ailə üzvlərimin nömrələrini götürdü. Sonra qardaşıma və qohumlarıma zəng edib, mənim kreditimi ödəmələrini əmr etdi. Qardaşım danışandan sonra bankda olan, tanımadığım şəxs ondan məni buraxmasını istədi. Və dedi ki, burax amma vaxt al gətirib ödəsin. O da mənə "indi səni buraxıram, get, hardan dilənirsən dilən, amma 100 manat gətir, krediti ödə", -deyib buraxdı. Mən də orda ona söz verdim ki, hardan pul tapsam gətirib ödəyəcəm. Sonra gedib komputerim var idi, onu satıb 50 manat aparıb ödədim, onlar da mənə çek verdilər.
- Sosial şəbəkədə belə bir məlumat yayılıb ki, bankın əməkdaşı sizi böyrəyinizi satıb, krediti ödəmənizə təhrik edib. Bu məlumat doğrudur?
- Hə, düzdü. Axrıncı ödənişimin vaxtdan 1 ay keçdi. Bir aydan sonra "Amay"ın yanındakı filiallarına çağırıb məni hədələyən oğlan yenə zəng etdi. Bu dəfə də məndən ödəniş etməyimi tələb etdi. Mən də ona dedim ki, qardaş, vallah imkanım yoxdu. O da pulun yoxdu, get, oğurluq elə, bank yar, nə istəyirsən elə, gətir pulu ödə deyə cavab verdi. Mən etiraz edərək bildirdim ki, onu bacarmaram. O da mənə əgər onu bacarmırsansa, get, orqanını sat dedi. Mən də imkansızlıqdan əlacsız qalıb, razılaşdım ki, yaxşı, orqanımı satıram, amma hara satım?...
- O, sizə orqan dedi, yoxsa...?
- Hə, orqan dedi. Sonra mən ondan hansı xəstəxanaya müraciət etməyimi soruşdum. Dedim ki, "Semaşko” (1 saylı şəhər klinik xəstəxanası- red) xəstəxanasını deyirsiniz?.Dedi hə, get ora, mənim adamım var ona deyəcəm səni qarşılayacaq. Mən alıram böyrəyini.Mən də dedim ki,sən alırsan? Dedi hə.Dedim neçəyə? Qiymətin demədi. Dedim yaxşı 20 dəqiqəyə ordayam. Evə də qorxumdan getmirəm ki, gəlib tutub apararlar. Mən də məcbur qalıb getdim xəstəxanaya. Çatana yaxın həmin şəxs mənə zəng edərək çatıb çatmadığımı soruşdu. Dedim hə,çatıram orda hara girim? Hansı palataya, neçənci mərtəbəyə istəyirsən de girim. Mənə dedi ki, gözlə bir dəqiqəyə sənə zəng edib xəbər edəcəm . Bir müddət keçdi zəng etmədi. . Xəstəxanaya daxil olub pilləkəni qalxanda iki həkim keçirdi, onlardan soruşdum ki, "Unibank”ın xəstəxanası burda hansıdır? Zəhmət olmasa deyin də mənə. Onlar da məndən nə olub deyə soruşduqda böyrəyimi satıb bankın borcunu bağlamaq istədiyimi dedim. Həkimlər mənə "get burdan, bunu kim eşitsə səni həbs edər" dedilər. Mən də özüm özümə təəccüblənərək inanmadım. Oradan ayrılıb dayanacağa yaxınlaşdım.Dayanacaqda iki cavan oğlan dayanmışdı. Onlardan da soruşduqda elə bir yeri tanımadıqlarını dedilər. Mən də daha bank əməkdaşına zəng etmədim və evə gəldim. Ondan sonra da nə qədər zəng etdi, sözün açığı qorxumdan cavab vermədim. Onu da deyim ki, o, hər dəfə zəng edəndə məni xoşagəlməz, təhqiredici sözlərlə söyüb, hədələyirdi.
- Adını bilmədiyiniz şəxsi görsəniz yəqin ki, tanıyarsınız?
- Bəli, tanıyaram...
Mübariz Bayramovla söhbətimizi yekunlaşdırıb daha sonra bankın əməkdaşı ilə əlaqə saxlayaraq onun barəsində deyilən sözlərə və məsələnin nə dərəcədə doğru olub, olmadığını öyrəndik.
Adını təqdim etməkdən çəkinən bank əməkdaşı məsələnin yalan olduğunu və əks tərəfin iddialarını inkar edərək dedi: "Yox xanım, elə bir şey olmayıb. O insanı görmüsünüzsə onda çatışmamazlıq var. Müştəri mənə deyib ki, mən həkimə getməliyəm, mən də demişəm, banka yaxınlaş, məsələni həll et, sonra həkimə gedərsən".
Daha sonra məsələni işıqlandıracağımızı söylədik. Bank əməkdaşı da öz növbəsində " Daha eləmisiniz də, bütün hər yerə yaymısınız. Bundan artıq da etmək istəyirisinizsə, daha öz probleminizdi, edin", -deyib telefon danışığına son qoyub əlaqəni kəsdi.
Sonda onu da qeyd edək ki, bankın "işgüzar" əməkdaşıları öz "xeyirxah" əməlləri ilə dəfələrlə "Unibank"ın adının müxtəlif problemlərdə hallanmasına səbəb olub. Yəni, sözügedən bankın əməkdaşları ilə müştəri arasında bu cür hadisələrin yaşanması birinci dəfə deyil. Müştərilər borcu ödəyə bilmədikdə, bankın müxtəlif fililallarında çalışan əməkdaşları tərəfindən ciddi qanunsuzluğa və təzyiqlərə məruz qalırlar. Onlar öz hədə qorxuları ilə, müxtəlif vasitələrə əl atmaqla müştərilərin borclarını ödətdirmək istəyirlər.
tərəfdar.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024