Pakistan-Azərbaycan dostluğu və qardaşlığı
Tarix: 19-06-2023 | Saat: 17:47
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.
İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.
Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.
Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib .
akistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir". Bununla belə hər birimiz bilirik ki, beynəlxalq səviyyəli bir sıra tədbirlərdə Pakistan daim Azərbaycanı Dağlıq Qarabağ məsələsində müdafiə edib, ölkəmizə qarşı erməni təcavüzünü qətiyyətlə pisləyib. Bunun kimi bir çox mühüm məqamlar, eləcə də Pakistanın "Milli Günü"nə həsr olunmuş təntənəli paradda iştirakımız dostluğumuzun, qardaşlığımızın bir daha nümayişi oldu. Səfərdə olduğumuz 12 gün ərzində xalqın, eləcə də hərbçilərin bizə olan doğma münasibətini, hörmətini və diqqətini hiss etdik. Çox qonaqpərvər, mehriban və səmimi xalqdır. Gəldiyimiz ilk gündə bizi öz dilimizdə salamlayaraq qarşılamaları isə hər birimizi qürurlandırdı. Burada ölkəmizə, bayrağımıza, dilimizə yüksək hörmət bəsləndiyinin şahidi olduq. Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir
Azərbaycan Dillər Universiteti
Əlizadə Zeynəb Kamran qızı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025
08-01-2025