Mobil versiya
Qardaş ölkənin mövqeyi
Tarix: 19-06-2023 | Saat: 17:45
Bölmə:Özəl | çapa göndər

Qardaş ölkənin mövqeyi

Müstəqilliyimizin bərpa olunması Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Bütün çətinliklərə və ağır sosial-iqtisadi şəraitə baxmayaraq xalqımız ağır sınaqlardan keçərək öz müstəqilliyinə qovuşa bildi. Müstəqillik əldə olunduğu cətinliklərə rəğmən onu qoruyub saxlamaqda asan olmadı. Azərbaycanın yeni bərpa olunmuş dövlət müstəqilliyini itirmək riski ilə üzləşdi. Sözsuz ki düşmən də bu yaranan şəraitdən maksimum istifadə etmək şansını əldən vermədi. Cəbhədə baş verən gərginlik artıq vətəndaş qarşıdurmasına gətirib cıxardı. Yenicə əldə etdiyimiz azadlıq artıq böyük bir təhlükə ilə üz üzə idi. Bu zaman xalqa müdrik, uzaqgörən siyasəti ilə secilən və hər bir vəziyyətdə öz ölkəsini xalqını qoruya biləcək birisi yalnız ümümmilli lider Heydər Əliyev ola bilərdi. Məhs onun siyasi təcrübəsi nəticəsində cəbhə bölgəsində atəşkəs əldə olundu daxili siyasətdə islahatlar başladı və bununlada müstəqilliyin uzunömürlü olması üçün fundamental addımlar atıldı. Dünyanın diqqətini Azərbaycanda cəmləşdirən Heydər Əliyev ölkənin gələcəyi üçün güclü iqtisadiyyat və ideologiya qurmağa nail oldu.
Bügün ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və bunun üçün hər cür şərait və imkanlar mövcuddur. Biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik.
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur  (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.
Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi,  2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir. Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.

Bu müstəqilliyini əldə etmək üçün böyük itkilər verdik. Torpaqlarımızın müdafiəsi ölkəmizin suverenliyi, ərazi bütövlüyünün müdafiəsində oğul və qızlarımız qəhrəmancasına vuruşdu və həyatlarını qurban verdilər. Buna görə müstəqilliyimizi qorumaq, onu daim müdafiə etmək hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur!

Bakı Slavyan Universiteti
Cəfərova İradə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025