AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI DÜNYAYA NÜMUNƏDİR!
Tarix: 16-06-2023 | Saat: 16:37
Bölmə:Özəl | çapa göndər
Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artır. Bu gün ölkələrimiz arasında olan müttəfiqlik münasibətlərindən irəli gələn məqamlar hər iki dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, nüfuzlarının artmasına xidmət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də Azərbaycana səfəri bu birliyin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Keçirilən görüşlərdən sonra bəyanatla çıxış edən Azərbaycan və Türkiyə Prezidentləri qardaş ölkədə bu yaxınlarda keçirilmiş Prezident seçkilərindən sonra yeni imkanların açıldığını vurğuladılar. Öz çıxışında cənab Prezident İlham Əliyev iki il bundan öncə imzalanmış Şuşa Bəyannaməsinin tarixi anlaşma olduğunu qeyd etdi. Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Məhz bu Bəyannamənin imzalanması ilə tarixən dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycan artıq həm də strateji müttəfiqlərə çevrildilər. Bu müttəfiqliyin ən önəmli tərəfi də sözsüz ki, hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra həm iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, həm də müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində yanaşı addımlayacaqlar. Məlumdur ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır. Türkiyə ərazisindən Avropa ölkələrinə ixrac edilən Azərbaycan təbii qazının da həcmi artmaqdadır.
Lakin dövlət başçımızın dediyi kimi, hazırda ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Azərbaycanın nəhəng bərpa olunan enerji ehtiyatları bu perspektivləri daha da genişləndirir. Logistika sahəsində əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Müasir dünyada Avrasiya məkanında formalaşmış geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat layihələri hazırda bütün Avrasiya məkanı ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Azərbaycan və Türkiyə bu istiqamətdə birgə səylərini daha da artıracaqlar. Dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlı oldu. Qeyd olundu ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Universitetin yaradılması ilə azərbaycanlı gənclərin Türkiyəyə rahatlıqla gedə bildikləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Əlbəttə ki, bu layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir önəmli töhfə verəcək. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ideyası ilə bu günə qədər birgə addımlayan ölkələrimiz, bundan sonra da bu yolla inamlı şəkildə parlaq gələcəyə doğru çiyin-çiyinə hərəkət edəcəklər.
Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Prezident seçildikdən sonra yenə ənənəsinə sadiq qalaraq ilk səfər etdiyi ölkələrdən biri kimi qardaş Azərbaycanı seçməsi, onu deməyə imkan verir ki, yaxın gələcəkdə dünya hələ çox nümunəvi qardaşlıq münasibətlərinə şahidlik edəcək. Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq bir çox hədəflərə çatacaq, yeni zəfərlər əldə edəcəklər. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bununla da bir daha gördük ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025