SDU-da 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi -Fotolar
Tarix: 16-06-2023 | Saat: 10:34
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu münasibətlə iyunun 14-də SDU-nun Heydər Əliyev məktəbində “15 İyun-Milli Qurtuluş Günü Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində ən dəyərli bir gündür” mövzusunda məşğələ keçirildi.
Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov Milli Qurtuluş Günü münasibəti ilə iştirakçıları təbrik etdi və bugünün qeyd edilməsinin əhəmiyyətindən bəhs etdi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda müasir müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, neft strategiyasının təməlinin qoyulduğunu, Ümummilli Liderin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlərin görüldüyünü diqqətə çatdırdı. Rektor Ümummilli Lider Heydər Əliyevin təhsili, elmi, mədəniyyəti yüksəltdiyini, xalqın marağını hər işdə önə çəkdiyini vurğuladı, Ulu Öndərin mütərəqqi və inkişaf etmiş ölkələrə inteqrasiya olmaq üçün tarixi işlər gördüyünü və onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruduğunu, digər ölkələrlə iqtisadi əlaqələri möhkəmləndirmək üçün işbirliyi yaratdığını, Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdiyini qeyd etdi. Bildirdi ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Sonra universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov “Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycanda ictimai - siyasi vəziyyət” mövzusunda məruzə ilə çıxış etdi. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrdə müdrik və məqsədyönlü siyasətindən, respublikamızın sürətli inkişafında həyata keçirdiyi islahatlardan söz açdı. Qeyd etdi ki, Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı fikirləri, ideyaları onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı”, Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Zülfiyyə Hacıyeva “Milli Qurtuluş Günü iqtisadi sabitliyin başlanğıcıdır”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Rəfiyeva “Müstəqil Azərbaycanın mədəni inkişafının yeni mərhələsi Qurtuluş Günündən başlayır”, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nərmin Möhsümlü “Ali Baş Komandan İlham Əliyev - inamlı qələbələrə aparan yeni əsrin müdrik lideri” mövzularında məruzə etdilər. Çıxışçılar 1993-cü ilin iyun ayında ölkəmizdə cərəyan edən hadisələrdən, dünya şöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Prezident cənab İlham Əliyevin tarixi xidmətlərindən, müstəqil Azərbaycanın mövcud reallıqlarından ətraflı danışdılar. Ulu Öndərin fəaliyyəti sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ hüquqi bazanın yaradıldığını diqqətə çatdırdılar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024