İcra başçısı şəhərin Cavadxan küçəsində aparılan quruculuq işləri ilə tanış olub
Tarix: 16-06-2023 | Saat: 10:31
Bölmə:Özəl | çapa göndər

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri və qonaqlarının ən çox istirahət etdiyi məkanlardan olan Cavadxan küçəsində aparılan genişmiqyaslı abadlıq, quruculuq, təmir və bərpa işləri ilə yerində tanış olub.
aia.az-ın məlumatına görə, şəhər rəhbərinə bildirilib ki, Cavadxan küçəsində yerləşən evlərin fasadları, novdanları yuyularaq təmizlənib. Daş döşəmələrin təmirə ehtiyacı olan hissələri yeniləri ilə əvəz olunub. İşıq dirəklərində olan köhnə plafonlar yeni, müasir LED lampaları ilə əvəzlənib, yeraltı keçidlərdə təmizlik işləri görülüb. Burada olan buta formalı oturacaqlar yenidən boyanıb, güldanlara mövsümü güllər əkilib, həmçinin fəvvarələr təmir olunub. Cavadxan küçəsi ilə yanaşı, şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq iməciliklər təşkil olunur. Park və xiyabanlara, küçələrə güllər və həmişəyaşıl kollar əkilir, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Paralel olaraq ehtiyac olan küçə və prospektlərdə yeni dirəklər basdırılır, müasir gecə işıqlandırma sistemi qurulur.
Görülən işlərlə yerində tanış olan icra başçısı Niyazi Bayramov tapşırıq və tövsiyələrini verib.
Daha sonra şəhər rəhbəri sakinlərlə də söhbət edib. Sakinlərin rəy və təkliflərini dinləyən icra başçısı səsləndirilən fikirlərin dəyərləndiriləcəyini bildirib.
Qeyd edək ki, abadlıq, təmir-bərpa və tikinti işləri Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilir.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025