Dollar yenə ucuzlaşacaq - SƏBƏBLƏR
Tarix: 01-08-2016 | Saat: 12:43
Bölmə:İqtisadiyyat | çapa göndər
Bundan sonrakı bir neçə ay ərzində ABŞ dolları dəyərini ən azı 5 faiz itirəcək.
Morgan Stanley bankının analitikləri belə hesab edirlər.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) yaxın vaxtlarda baza stavkasını qaldırmayacaq və bu səbəbdən Birləşmiş Ştatların iqtisadiyyatında vəziyyət daha da ağırlaşacaq.
“ABŞ iqtisadiyyatının göstəriciləri səbəbindən yetərincə bədbinik. Əgər Birləşmiş Ştatlarda daxili tələbatı çox yaxşı səciyyələndirən indikatorlara baxsanız görərsiniz ki, tələbat sürəkli aşağı düşəcək”, – Morgan Stanley-nin baş valyuta strateqi Hans Redeker deyib.
İyulun 29-da Bloomberg agentliyi ABŞ iqtisadiyyatında 2-ci rübün nəticələrinə görə illik hesabla 1,2 faizlik artım olduğunu xəbər vermişdi.
FES iyulun 27-də baza stavkasını 0,25-0,5 faiz səviyyəsində saxlayıb və stavkanı qeyri-müəyyən iqtisadi şəraitdə qaldırmağa cəsarət etməyib.
Beynəlxalq Valyuta Fondu da ABŞ iqtisadiyyatında artım tempinin aşağı düşəcəyini proqnozlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024